well/Aran agentliyi
Mən heç kimdən qorxmuram!!!
Bu sözləri Bakı şəhəri 26 saylı Buzovna qəsəbəsinin orta təhsil məktəbinin direktoru Natiq müəllim vurğulayıb.
Valideynlərlə kobud şəkildə danışan “müəllim”, ağzına gələn küçə sözləri ilə qarşısında dayanan hicablı valideyni təhqir edib. Valideyn isə direktora, sözü güdən problemin artıq bəzi şəhər məktəblərində yavaş-yavaş həllini tapmasını desə də, direktor Natiq müəllim bu xəbərin yalnış olmasını deyərək öz əyər-əksiklərini ört basdır etməyə çalışıb.
Heç də direktora yaraşmayan və müqəddəs müəllim adını ayaqlar altına atan bu “müəllim”, “baş örtüyü ilə dərsə gəlmək olmaz” deyərək hirslənmiş, sonra isə qarşısında dayanan valideyni nə bilirsiniz edin! Mən heç kimdən qorxmuram!
Valideyn isə cavabında “Axı biz sizinlə etik qaydalarla danışırıq. Siz nə üçün belə tonda bizimlə danışırsınız?” Natiq müəllim isə haray-qışqırıq salaraq, bütün müəllim kollektivini başına yıgıb, “Mən dediyimi dedim. Məktəbə hamı vahid məktəbli formasında gəlməlidir. Gedin Milli Məclisdə əyləşən millət vəkillərinizə, Təhsil Nazirliyində oturan nazirə şikayət edin. Yenə də deyirəm mən bir nəfər olsun belə, heç kimdən qorxmuram.!” /azadxeber.