Tarix : 2011 Nov 30
Kod 26950

AXCP xalqı etiraza səslədi!

''Neftlə zəngin məmləkətin və böyük maliyyə imkanları olan ölkənin vətəndaşlarına hökumətin bu ''qayğısı'' daimi dövlət başçısı səviyyəsində səslənən bəyanatlarla ziddiyyət təşkil edir''
well/Aran agentliyi

 

 

"Neftlə zəngin məmləkətin və böyük maliyyə imkanları olan ölkənin vətəndaşlarına hökumətin bu "qayğısı" daimi dövlət başçısı səviyyəsində səslənən bəyanatlarla ziddiyyət təşkil edir"

Tarif Şurası 24 noyabr 2011-ci il tarixində ölkədə bir neçə mal və xidmətlər üzrə qiymət artımlarına dair qərar verib. Bakı Metropolitenində gediş haqlarının 15 qəpikdən 20 qəpiyədək artırılması haqqında qərar qəbul olunub. 24 noyabr tarixli qərarı isə ARDNŞ-nin müraciətindən sonra soba mazutlarının topdan satış qiymətinin 1 ton üçün 100 manatdan 140 manata, yəni 40% artımından söhbət gedir. Bu qərar isə dekabr ayının 7-dən qüvvəyə minəcək. Sonra isə Bakı şəhər İcra Hakimiyyətinin müraciəti ilə Tarif Şurası noyabrın 24-də əhali üçün məişət tullantılarının yığımı və daşınması tariflərini artırıb.

AXCP mətbuat xidmətindan verilən bəyanatda bildirilir ki, bütün bu qiymət artımları içərisində vətəndaşlarımızın daha çox önəm verdiyi və ictimai nəqliyyat növü kimi istifadəçisi olduğu metropolitendə qiymətlərin 30% artmasıdır: “Çünki bu daha çox əhali qruplarını olduqca çətin vəziyyətə salacaq. Belə ki, daha çox metropoliten xidmətindən istifadə edənlərin əlavə olaraq xərclərinin artmasına və sosial baxımdan müdafiəsi zəif olan təbəqənin maraqlarına ciddi zərbə hesab edir. Neftlə zəngin məmləkətin və böyük maliyyə imkanları olan ölkənin vətəndaşlarına hökumətin bu “qayğısı” daimi dövlət başçısı səviyyəsində səslənən bənatlarla ziddiyyət təşkil edir. Daimi olaraq büdcənin sosialyönümlü olması ilə fəxarət duyan hökumətin bu addımı sosial-iqtisadi vəziyyəti günü-gündən ağırlaşan vətəndaşlarımızın həyatına olan biganə münasibətinin ifadəsidir.

AXCP hökumətin bu addımın şiddətlə qınayır və vətəndaşlarımıza isə belə iqtisadi baxımdan əsaslandırılmayan qərarlara etiraz etməyə çağırır.”

FaktXeber

  • Yazılıb
  • da (də) 2011 Nov 30