Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adlanan anti İslam qurum Azərbaycan Respublikası hökumətinə şəfqətli tövsiyələrin verdiyinə görə Ayətullah ...
well/Aran agentliyi
Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adlanan anti İslam qurum Azərbaycan Respublikası hökumətinə şəfqətli tövsiyələrin verdiyinə görə Ayətullah Sədiqynə qarşı təhqiramiz bəyanat yayıb.
İslami anlayışdan tam uzaq olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini alimə qarşı yaydığı bəyanatda Azərbaycan Respublikası məktəblərində hicab qadağasının tətbiq olunmasını inkar etməyə gülünc səy göstərib.
Anti İslam komitənin nəzakətsiz bəyanatında əlavə olunub : " Azərbaycanın fətvalarla deyil, dünyəvi qanunlarla idarə olunduğunu unutmuş "ayətullah"lara onu da xatırlatmaq lazımdır ki, ölkəmizdə qanunun alilik prinsipi yüksək səviyyədə qorunur. Qanunlarımıza görə isə islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Bu məsələnin əlavə şərhinə ehtiyac yoxdur."
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adlanan anti İslam təşkilat həmçinin Ayətullah Sədiqinin "cihad" və "şəhadət" məfhumlarını şərh etməsindən də narahat olduğunu bildirib və alimin " xalq qarşısında dayanan hökmdarların qüdrət taxtından yerə düşəcəklərinə" aid fikirlərini üstüörtülü ifadə adlandırıb.
Qeyd etmək lazımdir ki, Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son vaxtlarda sionist yəhudi təşkilatlarla əlaqələrini bir qədər də aşkarlamışdır.