Azərbaycan Respublikasında ən populyar adlar dini mənşəli adlardır. 2011-ci ildə uşaqlara qoyulan adlar arasında Zəhra və Yusif adları ən populyar adların önündə yer alırlar
well/Aran agentliyi
Azərbaycan Respublikasında ən populyar adlar dini mənşəli adlardır. 2011-ci ildə uşaqlara qoyulan adlar arasında Zəhra və Yusif adları ən populyar adların önündə yer alırlar.
Ədliyyə Nazirliyinin təqdim etdiyi siyahıdan məlum olur ki, qız adları arasında Nuray 1201, Zəhra 1059, və Fatimə 869 ilk üçlüyü təşkil edən adlardır.
Oğlan adları arasında isə Yusif 1418, Əli 892 , Hüseyn 868 və Məhəmməd 610 dəfə seçilmişdir.
Bu isə heç şübhəsiz ki, Azərbaycan Respublikasında müsəlmanlar və şiələrin çoxluq təşkil etməsi ilə yanaşı, xalqın şiəliyə və məsumlara olan sevginin hər gün artmaqda olmasının göstəricisidir.