İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzində azərbaycanlı şair, ədəbiyyatçı, tədqiqatçı, universitet müəllimləri və alimlərin ...
well/Aran agentliyi
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzində azərbaycanlı şair, ədəbiyyatçı, tədqiqatçı, universitet müəllimləri və alimlərin iştirakı ilə Hüseyn qəhrəmanlığı-şer axşamı keçirilib.
İRNA-nin məlumatına əsasən, İran Mədəniyyət Mərkəzinin rəhbəri bu mərasimdə çıxış edərək, deyib: Kərbəla hadisəsi və İmam Hüseyn(ə)-ın şəhadəti tarix boyu azərbaycanlı və iranlı şairlər tərəfindən qələmə alınaraq vəsf olunubdur.
İbrahim Nuri deyib: Bütün Hüseyn şairləri Kərbəla şəhidlərinin sərvəri və onun vəfalı sirdaşlarına həsr etdikləri şerləri böyük sevgi ilə yazmışlar.
Tanınmış şair Şahin Fazil də bu mərasimdə öz yeni şerini oxuduqdan sonra deyib: Bütün dünya müsəlmanları İmam Hüseyn (ə)-a məhəbbət göstərir. Çünki Kərbəla hadisəsini bütün dünya müsəlmanları qəbul edirlər və bu, Aşura qiyamının əbədi yaşamasına səbəb olub.
Vəliyyi-Fəqihin Azərbaycan R-dakı nümayəndəsi Höccətül-İslam Seyid Əli Əkbər Ocaqnejad da insanın Allaha yaxınlaşdıqca artıq əbədiyyətə qoşulmasına toxunaraq deyib: Bu, aləmin qanunudur və İmam Hüseyn (ə) Kərbəla inqilabı ilə əbədiyyətə qovuşdu.