Şəhidlər sərvəri Həzrət Əba-Əbdüllah-Əlhüseyn(ə)-a əzadarlıq məclisləri Moskvanın iki məscidində təşkil olunub
well/Aran agentliyi
Şəhidlər sərvəri Həzrət Əba-Əbdüllah-Əlhüseyn(ə)-a əzadarlıq məclisləri Moskvanın iki məscidində təşkil olunub.
Mərkəzi İnformasiya Agentliyinin Moskvadan verdiyi məlumata əsasən, Moskva şiələri ötən axşam Xatəmül-Ənbiya və Atrodani məscidlərinə toplaşaraq Əhli-Beyt (ə)-ın məzlumluğuna və İmam Hüseyn(ə)-ın şəhadətinə görə matəm məclisləri təşkil ediblər.
Mərasimdə natiqlər Aşura vaqiəsinin əhəmiyyətindən danışıblar. Bu mərasimlər Məhərrəm ayının 11-dək davam edəcəkdir.