Tarix : 2011 Dec 03
Kod 26999

Azərbaycanlı ruhaniləri hər an təhlükə gözləyir

Onları istənilən vaxt heç bir əsas olmadan ittiham edib həbsə ata bilərlər
well/Aran agentliyi

 

Bu sözləri SalamNews-a Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov deyib.

O deyib ki, axı belə işlər kimə lazımdır, biz ruhanilər qanundan kənar nə iş görürük? Bu rüsvayçılıq kimə lazımdır? Dövlətin əleyhinə hansı işləri görümüşük? Əksinə, biz həmişə qanun tərafdarı olmuşuq və bütün insanları da qanuna tabe olmağa çağırmışıq.Onun sözlərinə görə, ruhanilərin heç bir səbəb olmadan həbs edilməsi cəmiyyətdə ajiataj yaradır. Xalqla hakimiyyəti üz-üzə qoyurlar. Sonradan da cəmiyyətdə belə fikir formalaşa bilər ki, guya ruhanilər cinayət törədir, onlar cinayətkarlardır.

E.Manafov vurğulayıb ki, Aşura ərəfisində ruhanilərə hədə-qorxu gəlirlər, minnət qoyurlar: "Elə formada deyirlər ki, sanki Aşuranı keçirmək dövlətin mənafelərinə ziddir. Misal kimi deyim ki, Türkiyədə hər il keçirilən mərasimlərdə hətta Baş nazir Ərdoğanın iştirak etməsi, göz yaşı axıtması, məgər, bunlar üçün nümunə deyil?! Aşura mərasimləri illər boyu keçirilib və heç bir problem olmayıb. Lakin son vaxtlar müəyyən qüvvələr tərəfindən ruhanilərə hədə-qorxu gəlmək, onları guya qanundan kənar iş görüdükləri üçün həbs etmək bizdə narahatlıq yaradır. Tələbimiz odur ki, belə qanunsuz əməllərin qarşısı tezliklə alınsın. Hər kəsi qanun çərçivəsində hərəkət etməyə çağırırq".

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Dec 03