Tarix : 2011 Dec 02
Kod 27001

POLİS RUHANİ TALEH BAĞIROVDAN ŞİKAYƏTÇİ OLMADI

Məhkəmədə verilən şahid ifadəsi ilkin istintaqda veriləndən fərqli olub
well/Aran agentliyi

 

Bakı şəhər Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə mayın 6-da keçirilən "Hicaba azadlıq" aksiyası zamanı saxlanılan ilahiyyatçı Tale Bağırov və Elşən Abbasovun məhkəmə prosesində elan olunmuş fasilədən sonra şahid ifadələri dinlənilib.

Fasilədən sonra məhkəməyə zərərçəkmiş qismində ifadə verən Nərimanov rayon polis idarəsinin 18–ci polis bölməsinin əməliyatçısı Məmmədzadə Rəşid vəkillərin suallarını cavablandırarkən bildirib ki, ola bilsin, Taleh Bağırov mənə bilərkdən xəsarət yetirməyib. Mənim Taleh Bağırovdan şikayətim yoxdur.

Bildirək ki, ilkin istintaq zamanı Məmmədzadə, Taleh Bağırovun ona iki yumruq vurduğu barədə ifadə vermişdi.

Onu da bildirək ki, prosesdə T.Bağırovun vəkili tərəfindən videolent əşyai-dəlil kimi nümayiş etdirilib. Videolentdə aşkar görünüb ki, Taleh Bağırov qaçarkən R.Məmmədzadə onu tutmaq istəyir, lakin T.Bağırov Məmmədzadəyə heç bir xəsarət yetirmədən onun əlindən çıxaraq, qaçır.

  • Yazılıb
  • da (də) 2011 Dec 02