Tarix : 2011 Dec 02
Kod 27003

AİP üzvləri və ruhanilərin apelyasiya məhkəməsi təxirə salınıb

Bakı Apelyasiya Məhkəməsində AİP üzvlərinin apelyasiya şikayətinə baxış keçirilib
well/Aran agentliyi

 

Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə AİP sədri hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon komitəsinin sədri Rufulla Axundzadə, M.Səmədovun əmisi oğlu Dəyanət Səmədov, qayını Firdovsi Məmmədrzayev, Masallı ruhanisi Seyid Fəramiz Abbasov və quran hafizi Zülfüqar Mikayılzadənin apelyasiya şikayətinə baxış keçirilib.

Hakim tərəfindən təqsirləndirilən şəxslərə hüquqları izah ediləndən sonra, vəkil Anar Qasımlı Apelyasiya Məhkəməsinin ilkin baxışından narazılığını dilə gətirərək, qərardan şikayət vermək niyyətində olduqlarını bildirib və bununla bağlı prosesin təxirə salınması xahişi ilə məhkəməyə müraciət edib.

Hakim vəkilin müraciətini qəbul edərək, prosesi dekabrın 8-də saat 15.00 təyin etdi.

Xatırladaq ki, Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Seyyid Fəramiz 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxunub.

SalamNews

  • Yazılıb
  • da (də) 2011 Dec 02