Tarix : 2011 Dec 02
Kod 27004

Rafiq Tağını kimlər vura bilərdi?

Müəmmalı qətllər tarix boyu olub və olacaq. Bu gün Azərbaycanda çoxları Rafiq Tağının vurulması və təhlükə sovuşduqdan sonra ölməsi barədə danışır
well/Aran agentliyi

 

 

Müəmmalı qətllər tarix boyu olub və olacaq. Bu gün Azərbaycanda çoxları Rafiq Tağının vurulması və təhlükə sovuşduqdan sonra ölməsi barədə danışır.

 Rafiq Tağını kimlər vura bilərdi?Neo-ateistləri R. Tağının vurulmasından sonrakı hadisələr maraqlandırmır. Çünki sonrakı hadisələr bu zümrənin maraq dairəsində olan İslam və İranı gündəmdən çıxarır. Bu zümrə müəmma yaratmağı müəmma açmaqdan çox sevir. Amma müəmmalar reallıqdır və həqiqət sorağında olan insan mövzuya kompleks yanaşır.

Ötən əsrin başlanğıcında diqqəti çəkən müəmmalardan biri Leninin qətlidir. Rəsmi mövqe bu idi ki, bolşevik inqilabının rəhbərini sağçı eser partiyasının üzvü xanım Fani Kaplan güllələyib. Kaplan Moskva qarnizon hərbi tribunalının hökmü ilə güllələndi. Amma...

Amma hadisə yerindən tapılan yeddi patron xəzinəli revolverdə 4 patron yerində idi. Nə olsun? O olsun ki, Leninin vurulduğu yerdə 4 boş giliz tapılmışdı! Kaplan isə son anadək bu qətldən xəbərsiz olduğunu bildirdi. Ona qarşı yeganə ittiham güllələr açılan zaman hamı ilə birlikdə qaçması idi...

Rafiq Tağı ətrafında söz-söhbətlər hələ ki uzanır, amma dərinləşmir. Yalnız təbliğat xarakterli bəyanatlar verilir. Jurnalist fəaliyyəti ilə məşğul olan adamlarımız peşəkar araşdırma aparmağı ya bacarmır, ya da bunu istəmir. Hər şey hücuma məruz qalmış şəxsin cəmiyyətə yad komplekslərindən başlamalıdır.

Rafiq Tağı nə dahi idi, nə də ziyalı. Mərhum Xudu Məmmədovla yanaşı Rafiq Tağıya ziyalı demək insafsızlıqdır. Ziyalı ən azı söyüş söymür. Rafiq Tağı cəmiyyəti xilas etmək istəyirdisə də istiqamətləri və üsulları düzgün təyin etməmişdi. Əgər bunu bacarıb etmirdisə, demək özündə bir problem vardı. Bu problemi Qənimət Zahid ehtiyatla dilə gətirir: “Rafiq Tağı... Mirzə Ələkbər Sabiri milləti təhqir etməkdə, vulqarlıqda, savadsızlıqda ittiham edəcək qədər ədəbi cəsarət göstərə bilirdi. (Hərçənd, mən bunu, qətiyyən, cəsarət hesab etmirəm - Q.Z.). Amma eyni zamanda, yüz milyonlarla insanın qutsal dəyər kimi tapındığı müqəddəsata təcavüz edirdi. Mən, ümumiyyətlə, din və insanların inancı əleyhinə çıxışları ateizm saymıram, isterika hesab edirəm. Yəni özünü istədiyi parametrlər üzrə cəmiyyətə təqdim edə bilməyən adamların sıçrayış cəhdi sayıram. Ateizm isə ideologiya deyil, hətta elm də deyil, çünki özülü yalnız təkzib üzərində qurulur...” İsterika!

Normal jurnalist təhqiqatında Rafiq Tağıya dözümsüz tərəflər müəyyənləşdirilməlidir. İran dini elitası yaxasını kənara çəkmir. R. Tağının vurulması təqdir olunur. Dövlət bu versiyanı ehtiyata saxlayıb. Əlbəttə ki, son anda kimsə hər şeyi “etiraf edəcək”. Bəs həqiqət necə olsun? Biz mövzuya addım-addım yanaşmaq tərəfdarıyıq.

Dindar versiyası yerində. İkinci versiya nədir?

Hadisədən sonra KXCP yazıçı-jurnalist Rafiq Tağının öldürülməsi ilə bağlı bəyanat verdi: “KXCP yazıçı-jurnalıst Rafiq Tağının müəmmalı şəkildə qətlə yetirilməsini azad fikirə qarşı terror hadisəsi kimi dəyərləndirir və hakimiyyətdən cinayətkarın təcili sürətdə tapılıb cəzalandırmasını tələb edir. Jurnalist və yazıçıya edilmiş bu qəsd, mətbuat, söz azadlığına, fikir plüralizminə edilmiş hücumdur. KXCP yaradicı insanların fikir və düşüncələrinə görə bu şəkildə qəsd edilməsini, demokratiya uğrunda mübarizə aparan cəmiyyət üçün yolverilməz sayır. KXCP hakimiyyətin bu qətl hadisəsilə bağlı müxtəlif versiyalar üzərində yersiz ehtimallar irəli sürmək əvəzinə baş vermiş cinayətin üstünün açılmasıyla məşğul olmağa çağırır”. Maraqlı deyil? Maraqlı deyil ki, Rafiq Tağının üzünə ölüm hökmünü oxuyan bu partiyanın Gənclər Təşkilatı olub?

R. Tağı bunu belə xatırlayırdı: “İki Tağıyev İlqar” adlı yazımda epizodik olaraq göstərmişdim ki, dövlət başçısı ( Elçibəyi nəzərdə tutur) “alkaş” ola bilməz. Qaragüruh üstümə yeridi. Bəlkə səhv demişəm? Buna görə AXCP-nin klassiklər qanadının Gənclər Təşkilatı qərar qəbul etmişdi ki, Rafiq Tağını qətlə yetirsinlər. Bunu öz gözlərimlə demokratik sayılan mətbuatımızda oxumuşdum. Ümumiyyətlə, bu partiyada qarayaxalıq çoxdur. Bu yaxınlarda Mirmahmud Mirəlioğlu da bəyan etmişdi ki, Mixail Qorbaçov Azərbaycana gəlsə, onu qətlə yetirəcək... O, ən azı siyasətçi olaraq bilməli idi ki, buna “terrora cəhd” adı qoya bilərlər. Bir də belə ucuz şou, yalançı qəhrəmanlıq nəyə lazımdır? Guya onu Qorbaçovun həndəvərinə buraxacaqdılar ki, bu da onu qətlə yetirəydi?

Nəhəng Mixail Qorbaçovun sayəsində müstəqil olmadıqmı, yoldaş Mirəlioğlu?

Tarix müqəddəs ölülərdən qiymətlidir” adlı yazımda göstərmişdim ki, unitar bir dövlətdə, başqa millətlərin gözü qabağında “Tanrı türkü qorusun!” demək tərbiyəsizlikdir. Belə çıxır, Tanrı digər Azərbaycan vətəndaşlarının başına daş salsın? Biz mərkəzdənqaçma meyllərini niyə gücləndirməliyik? Onda bir jurnalist mənə sual vermişdi: ”Rafiq müəllim, siz talışsınız?” Dedim yox, dağ cuhuduyam.”

Bir qələm əhli yazır: Onun «İki Tağıyev İlqar» hekayəsi çap olunandan sonra mətbuatda və «klassik» AXCP-çilərin yığıncaqlarında böyük səs-küy, vur-çatdasın başladı. (Əbülfəz Elçibəy barədə yazılan nataraz cümlələrə görə.) «Klassiklər»lə möhkəm dartışan vaxtlarda bir gecə Rafiq bəygilə zəng edən gənc səsinin cır və qəzəbli yerinə salıb ev yiyəsinə bəyanat verir: «AXCP «klassiklər» qanadının gənclər təşkilatı səni («sizi» yox ha) qətlə yetirmək barədə yekdil qərar qəbul edib». Rafiq bəy cin atına minmir?! Və dərhal əks hücuma keçir: «Get, öz qanaddaşlarına de ki, çox o yan-bu yan eləməsinlər, tüpürərəm hər şeyə, evimi satıb verərəm partladıcı maddələrə (Vurhavurda bunun danışığının səliqəsinə baxın!), gətirib sizin bütün cəbhəçilərinizi binaqarışıq partladıb yerlə-yeksan edərəm

Mən Rafiq bəyin tünd xasiyyətinə bələdəm, eləyər, eləyər...

Demək, Rafiq Tağı da terrora keçir. Bu həmin isterika ab-havasıdır.

Yuxarıda bir fıkir də vardı: “Başqa millətlərin gözü qabağında “Tanrı türkü qorusun!” demək tərbiyəsizlikdir…” Bunu da Rafiq Tağı deyir. Türkçüləri qızışdıracaq bir fikir!

(ardını izlə)

HaqqYolu

 

Babək Təbrizli

  • Yazılıb
  • da (də) 2011 Dec 02