Tarix : 2011 Dec 02
Kod 27005

Bakıda gənclər aksiya keçiriblər

Dekabrın 2-də bir qrup gənc gediş haqqının artırılmasına etiraz olaraq metronun ''28 May'' stansiyasında aksiya keçiriblər
well/Aran agentliyi

 

 

Dekabrın 2-də bir qrup gənc gediş haqqının artırılmasına etiraz olaraq metronun "28 May" stansiyasında aksiya keçiriblər. FaktXeber.com xəbər verir ki, Əllərində şüarlar yazılmış plaktlar olan gənclər insanları dekabrın 3-ü metrodan istifadə etməməyə çağırıblar. Aksiya Demokratik Gənclər Hərakatı tərəfindən keçirilib. Aksiyaçılar metroya adam başına pul atan insan şəkili çəkilmiş plakat yapışdırıblar. Polis Demokratik Gənclər Hərakatnın sədri Rövşən Əsədovu həbs edib. Gənclər aksiyanı davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, dekabrın 1-dən Bakı metrosunda gediş haqqı 20 qəpik olub. Gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması haqda qərarı Tarif Şurası noyabrın 28-də çıxarıb.

           

  • Yazılıb
  • da (də) 2011 Dec 02