''Musavat''ın 1918-ci ildə Gəncədə təşkil etdiyi və ''Azərbaycan Respublikası'' adlanan Şirvan və Aran regionu həmişə İranın bir hissəsi olubdur
well/Aran agentliyi
"Musavat"ın 1918-ci ildə Gəncədə təşkil etdiyi və "Azərbaycan Respublikası" adlanan Şirvan və Aran regionu həmişə İranın bir hissəsi olubdur
"Arannews"in məlumatına əsasən, Azərbaycan mediyası tarixi saxtalaşdırmaq əməllərinin ardınca bu dəfə Nizami Gəncəvi mövzusunu ortalığa atıbdır. Bu media iddia edir ki, Nizami Gəncəvi İranlı olmayıb və onun hamısı farsca yazılmış şerləri, o cümlədən "Xəmsə", qəzəl və qəsidələr divanı 800 il bundan qabaq İran dövlət başçılarının təzyiqi altında fars dilində yazılmışdır. Nizami Gəncəvi öz şerlərini həmişə oğuz və monqol dilində yazmağa çalışmışdır. Bu da şairin iranlı deyil və Azərbaycan Respublikası vətəndaşı olması üçün bir sübutdur.
Bu xəbərin nəşr olunması azərbaycanlı alim professor Sirus Haşimovun mövzu ilə bağlı öz mövqeyini bildirməsinə səbəb oldu. O dedi: "Tarixi həqiqətləri açıqlamaq üçün şücaətli olmalıyıq. "Musavat"ın 1918-ci ildə Gəncədə təşkil etdiyi və "Azərbaycan Respublikası" adlanan Şirvan və Aran regionu həmişə İranın bir hissəsi olubdur . Nizami Gəncəvi öz "Xəmsə"sini yazanda Gəncə və Nizami hər ikisi iranlı olublar".
Professor Haşimov artırdı: "Azərbaycan Respublikasının hökumətçiliyi 20 ildir və 800 il bundan qabaq yaşamış bir şairi bu respublikaya aid edə bilməz. Bu ölkə Türkmənçay və Gülüstan müqavilələrindən qabaq həmişə İranın bir hissəsi olubdur. Bu məsələni Qafqaz tarixçiləri, o cümlədən Abbasqulu Ağa Bakıxanov "Gülüstani-irəm" kitabında qeyd ediblər".