well/Aran agentliyi
Artıq xəbər verdiyimiz kimi dekabr ayının 2-si, Məşədi Dadaş məscidində Məhərrəmlik ayı ilə alaqədar olaraq keçirilən İmam Hüseyn (ə)-a əzadarlıq mərasimi polis qüvvələri tərəfindən dağıdılıb.
Azadxeber.az saytının əldə etdiyi məlumata görə, Məsciddə keçirilən əzadarlıq mərasiminə qoyulan məhdudiyyətdən sonra Məşədi Dadaş məscidinin imam cüməsi Hacı Şahin Həsənli ilə bağlı çürbəcür şayələr yayılıb.
Hacı Şahinin həbs olunduğu, naməlum istiqamətə aparıldığı haqda yayılan xəbərləri dəqiləşdirmək üçün Məşədi Dadaş məscidinin imam cüməsi Hacı Şahin Həsənlinin özü ilə əlaqə saxladıq.
Hacı Şahin həbs olunması ilə bağlı yayılan xəbərlərin səhv olduğunu bildirib. Hər şeyin qaydasında olduğunu deyən Hacı Şahin Həsənli həbs olunmadığını bildirib.