Tarix : 2011 Dec 03
Kod 27022

İMAM HÜSEYN MƏRASİMİ DAĞIDILDI...

Gedin evlərinizdə ağlaşın
well/Aran agentliyi

Azadxeber.az saytına daxil olan məlumata əsasən bu axşam Məşədi Dadaş məscidində keçirilən İmam Hüseyn (ə)-a əzadarlıq mərasimi polis qüvvələri tərəfindən dağıdılıb. Hadisəni görən insanlardan birinin dedikləri

"Hacı Şahin moizə edib qurtardıqdan sonra polislər məscidə girərək onun bayıra çıxmasını istədilər. Məddah İmam Hüseyn haqda nohə oxumaq istəyərkən onu yarımçıq saxladılar. Polislərdən biri qışqıraraq deyirdi ki, çıxın gedin evinizdə ağlaşın. Hacı Şahin öz maşınına əyləşmək istəyən zaman polislərdən biri onun qolundan yapışaraq ora yox bu tərəfə keç dedi. Hacını baxçanın həyətinə salaraq nəsə deyirdilər. Eşitmək olmadı. Sonra Hacı millətdən xahiş etdi ki, məscidi sakit tərk edib hərə öz evinə getsin."

 

  • Yazılıb
  • da (də) 2011 Dec 03