Aşura günü məscidə gələn şagirdlər araşdırılacaq və həmin şagirdlərin sinif rəhbərləri işdən azad ediləcək
well/Aran agentliyi
Aşura günü məscidə gələn şagirdlər araşdırılacaq və həmin şagirdlərin sinif rəhbərləri işdən azad ediləcək.
Azadxeber.az saytının Xeber7.com saytına istinadən əldə etdiyi məlumata görə, Yevlax rayonunda Aşura günü orta məktəb şagirdlərinə məscidə getməyə qadağa qoyulub.
Orta məktəblərdə məktəb direktorları müəllimələri toplayaraq bu haqda tapşırıq veriblər. Tapşırığa görə, Aşura günü məscidə gələn şagirdlər araşdırılacaq, hansı müəllimin sinifindən olduğu müəyyənləşdiriləcək və həmin müəllim işdən azad ediləcəkdir.
Artıq bu haqda məktəb direktorları sinif rəhbərlərini toplayaraq, şagirdlərin valideynləri ilə iclas kecirməyi və övladlarının məscidə gedəcəkləri tədqirdə məktəbdən qovuıacaqları haqda xəbərdarlıq da ediblər.
Bütün məktəblərdə artıq şagirdlərə tapşırıqlar verilib, əksər məktəblərdə isə valideyin iclasları başlayıb. Məlumata görə bu qadağa məktəb direktorlarına Yevlax Rayon Təhsil Şöbəsi tərəfindən verilib.