Tarix : 2011 Dec 03
Kod 27034

Hər gün Aşura-Azərbaycan Respublikası şiələrinin səsini bir daha eşidək

''Şəriət məhkumları'' silsilə görüşlərin beşinci toplantısı ''Azərbaycan Respublikası şiələri Məhərrəm ayında'' ünvanı ilə keçirildi
well/Aran agentliyi

"Şəriət məhkumları" silsilə görüşlərin beşinci toplantısı "Azərbaycan Respublikası şiələri Məhərrəm ayında" ünvanı ilə keçirildi

"Arannews"-in Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin ümumi əlaqələr bölməsinə istinadla verdiyi məlumata əsasən,Məhərrəm ayında Təbrizin Molla Zeynal xiyabanında yerləşən İmam Rza məscidində keçirilən bu toplantıda Ruhullah Rəşidi "Hər gün Aşura, hər gün Kərbəla" məşhur ifadəsini Aşura dərsləri süzgəcindən keçmiş şirə adlandırdı və bildirdi ki, əgər biz buna inansaq, mütləq bu günkü yerimizi tapmağa çalışacağıq. İmam Hüseyn (ə) bizə öyrətdi ki, ətrafımızda baş verənlərə qarşı gərək zaman və məkandan irəli öz vəzifəmizə əməl edək.

Ruhullah Rəşidi bu müqəddimə ilə AR şiələrinin vəziyyətinə işarə etdi və İnqilab qüvvələrinin bu regionun məsələlərinə diqqətsizliyini tənqid etdi.

Rəşidi, İran tarixindən bir hissəni bəyan edərək, "Aran" regionunun İran peykərindən ayrılmasını rus hökumətinin Aranda İran varlığına və şiələrə qarşı hərtərəfli hücum etməsinə şəraitin yaratmasına səbəb olduğunu dedi və bildirdi ki, hələ də bu rəhimsiz düşmənçilik regionda müşahidə olunmaqdadır.

Bu təbrizli jurnalist Azərbaycan Respublikasının hazırkı vəziyyətini çox qarışıq və həssas olduğunu bildirdi və ziyalılar tərəfindən bu məsələyə ciddi diqqət verilməsinin vacibliyini vurğuladı. O, bu xüsusi şərait barədə açıqlama verərək dedi: "Azərbaycanda şiə müsəlmanların çoxluq təşkil etməsinə baxmayaraq, Qafqazda vəhabilik mərkəzinə çevrilibdir. Sionizm də bu islami ölkəni özü üçün xəlvət həyat edib və hər gün öz köklərini Azərbacanın ictimai-mədəni strukturlarında bərkitməkdədir. Bura yeganə müsəlman ölkəsidir ki, "Ayati-şeytani" kitabı orada çap olubdur. Təkcə bu islami ölkədədər ki, məktəbli qızlarln öz ibtidai hicablarına belə riayət etmsinə icazə verilmir və son vaxtlar Azərbaycan xalqının dini dəyərlərinə təcavüz olunaraq, ölkə parlamenti İslam dinin təbliğini qadağan etmişdir. İmam Hüseyn (ə) əzadarlığı da məhdudiyyətlərlə üzləşibdir. Aydındır ki, belə bir vəziyyətə heç bir şiə ölkəsi dözə bilməz. Hazırda çoxlu azəri islamçı fəallar əsassız ittihamlarla uzun müddətli həbslərə məhkum olmuşdur. Bu məsələlərin bir hissəsi bizim Azərbaycan adlı mövzuya əhəmiyyət verməyimiz, ciddi yanaşmağımız üçün kifayətdir.

Əgər islami oyanışdan söhbət getsə, gərək diqqət olunsun ki, islami oyanış Qafqazda neçə illər bundan öncə islamçılıq hərəkatlarının formalaşması ilə başlayıbdır. Əgər biz bu oyanışın gedişini başa düşə bilməsək, hazırkı şəraitdə olan hüseyni vəzifəmizə əməl edə bilmərik".

O, çıxışının sonunda dedi: "Əgər imam Hüseyn (ə) məktəbinin dərslərini öyrənmişiksə, gərək dünya müsəlmanlarının, xüsusilə də Azərbaycan Respublikası şiələrinin məzlumiyyət səslərini eşidək və onların kömək fəryadlarına cavab verək. Bu surətdə Aşura və Kərbəla bizim üçün məna olunacaqdır".

  • Yazılıb
  • da (də) 2011 Dec 03