Tarix : 2011 Dec 03
Kod 27035

GƏNCLƏR FƏVVARƏLƏR MEYDANINDA AKSİYA KEÇİRDİ

Aksiya zamanı jurnalistlərə də təzyiqlər olub. Onlara çəkiliş aparmağa imkan verilməyib
well/Aran agentliyi

FaktXeber.com xəbər verir ki, bu gün günorta radələrində 50-dən artıq gənc paytaxtın mərkəzində, Fəvvarələr meydanında aksiya keçiriblər. Gənclər  aksiyada "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndiriblər. Polis gənclərin aksiyasına müdaxilə edib. Onların əlindəki plakatlar alınıraq cırılıb. Aksiyada Müsavat, AXCP üzvü olan gənclər, eləcə də müstəqil gənc fəallar iştirak ediblər.

Aksiyasında Axcp Gənclər Komitəsi üzvləri Dəyanət Babayev, Elvin Baycan, Nihad Hüseyn Turkan, Elçin Həsənov və sədr müavini İham Hüuseyn saxlanılıb. Son məlumatlara görə, 9 və 22-ci polis bölməsinə aparılıb. Yeni Müsavat" qəzetinin əməkdaşı Emil Salamoğlu da polis tərəfindən saxlanılaraq həbs olunub.

Aksiya zamanı Müsavat Gənclər Təşkilatının üzvləri Rauf Məmmədov, Tural Hacıbəyli, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev, üzvü Emil, «Nida» təşkilatından Kənan Qasımlı və Dia.az-ın müxbiri Vaqif Sadıqlı saxlanıb. Saxlananlar arasında AXCP Gənclər Komitəsinin 5 üzvü də var - İlham Hüseyn, Nihad Hüseynov, Dəyanət Babayev, Sərvər İbrahimov və Elvin Baycan. Aksiyada iştirak edən əsgər atalarından iki nəfərin də saxlandığı bildirilir - Etibar Quliyev və Bəyalı Köçəriyev.

Aksiya zamanı jurnalistlərə də təzyiqlər olub. Onlara çəkiliş aparmağa imkan verilməyib.

 

  • Yazılıb
  • da (də) 2011 Dec 03