Tarix : 2011 Dec 03
Kod 27036

İLAHİYYATÇI ALİM ŞEYXİN İDDİALARINA CAVAB VERDİ

İlham Əliyev: Fətva vermək haqqı yalnız islami elmlər üzrə ictihad dərəcəsinə çatmış müctehid və mərceyi təqlidlərə məxsusdur
well/Aran agentliyi

 

Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə bağlı fətva verərək zəncir vurmağın, bədəndən qan çıxarmağın və küçələrə çıxaraq səs-küy salmağın İslam şəriətinə uyğun olmadığını bildirib. Lakin biz tarixən məhərrəmlik mərasimi keçirilən ölkələrə, xüsusilə Azərbaycana nəzər salsaq, keçirilən mərasimlərdə zəncir vurulduğunu və daima küçələrdə izdihamlı Aşura yürüşlərinin keçirildiyinin şahidi olmuşuq. Son illərdə ölkədə bu məsələlərə qarşı maneələr yaradılır. Mövzu ilə bağlı FaktXeber.com-un suallarını cavablandıran ilahiyyatçı alim İlham Əliyev, bunları söylədi.    

-    Hacı bilmək istərdik ki, məhərrəmlik mərasimlərində zəncir vurmaq, əza saxlamaq və bədəndən qan çıxarmaq islam şəriətinə uyğundurmu?    

-    Aşura günündə qan çıxarmaq təbii ki, islam şəriəti ilə düzgün deyil. Mərasimlərdə insanlar öz bədənlərinə və sağlamlıqlarına qan çıxarmaq həddində zərər yetirməməlidirlər. Kimsə öz bədəninin qanından ehsan eləmək istəsə, bu gözəl bir işdir. O, ki qaldı İmam Hüseyn əleyhissalama əza saxlayıb sinə vurmağa, bunun heç bir problemi yoxdur. Məhərrəm mərasimlərində müsəlmanların və İmam Hüseyn (ə) sevərlərin sinə və zəncir vurmaqlarının İslam şəriəti ilə heç bir halda ziddiyyəti yoxdur. İnsanlar İmam Hüseyn əleyhissalama olan eşq və məhəbbətlərini eyni halda hüzn və kədərlərini bu yolla çatdırırlar. Heç bir halda İslamda bu məsələnin ziddinə kəlamlar söylənilməyib. İmamların kəlamlarında bu məsələlərə qarşı ciddi şəkildə təkidlər olunub. Tarixdə var ki, imamlarınn hüzurunda müsəlmanlar daima bu cür mərasimlər təşkil ediblər. Ona görə də İslam baxımdan sinə və zəncir vurmağın heç bir maneəsi yoxdur.

-    Məhərrəmlik mərasimlərində əza saxlamağın mahiyyəti nədən ibarətdir?

-   "Bunun əsas mahiyyəti zülmlə mübarizə aparmaqdan ibarətdir. İmam Hüseyn əleyhissalama əzadarlıq saxlamaq məzluma dəstək vermək və zalıma etiraz etmək deməkdir. İnsanlar zülmə etirazlarını bu formada həyata keçirirlər."

-    Hacı islamda fitva vermək hüququ kimlər aiddir? 

-    "Fətva vermək haqqı yalnız İslami elmlər üzrə ictihad dərəcəsinə çatmış müctehid və mərceyi təqlidlərə məxsusdur. Müctehidlər bu haqqı öz ləyaqətləri, elmləri və mənəvi şəxsiyyətləri ilə əldə edirlər. Müctehidlərdən başqa dini sahədə heç kimin fətva verməyə və mülahizələr yürüdərək İslamda vacibi hökmləri elan etməyə ixtiyarları yoxdur."

 

  • Yazılıb
  • da (də) 2011 Dec 03