well/Aran agentliyi
“Azərbaycan müasir dövürdə məktəbləri odunla qızdırır”.
Bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında təhsil naziri M. Mərdanov danışıb.
Nazir qeyd edib ki, ölkədə 4256 məktəbdən 1005-i mərkəzləşmiş qaydada, yaxud qazanxana vasitəsilə, 725 məktəb dizel yanacağı, 27 məktəb qaz sobası, 2112 məktəb isə odunla qızdırılır. Odunla qızdırılan məktəblər rayonlarda yerləşir.