Tarix : 2011 Dec 03
Kod 27041

İngiltərə şahzadəsinin ''Bakıya gizli səfəri'' ifşa olunub

İngiltərə mətbuatında yayılmış şayiələrə görə, Şahzadə Endryo Azərbaycana məxfi səfər edib, burada əylənib
well/Aran agentliyi

 

İngiltərə mətbuatında yayılmış şayiələrə görə, Şahzadə Endryo Azərbaycana məxfi səfər edib, burada əylənib.

"Daily Mail" qəzeti yazır ki, York Şahzadəsi Endryo "özəl təyyarədən istifadə edərək" Azərbaycana gedib.

Qəzetin yazdığına görə, Şahzadə Yaxın Şərqə rəsmi səfərə gedərkən, yolüstü "öz dəbdəbəli təyyarəsində" Azərbaycan Respublikasına da uçub.

Qəzet Kraliçanın ikinci oğlunun Bakıya bir günlük səfəri zamanı Prezident Əliyevə məxsus "dəbdəbəli spa"da vaxt keçirdiyini, orada "dünyada ən yaxşı əllərə malik rusiyalı masajçı"nın çalışdığını yazır.

Şahzadənin "müntəzəm səfərləri Azərbaycan mediasında onun neftlə zəngin dövlətlə biznes əlaqələri olmasına, o cümlədən onun Xəzər dənizi sahillərində qolf kurort zonasına sahib olmasına dair spekulyasiyaların yayılmasına səbəb olub " - yazır "Daily Mail" və əlavə edir ki, Buckingham Sarayı deyilənləri rədd edir.

İngiltərənin ticarət səfiri kimi fəaliyyət göstərən Şahzadə Endryonun vəzifəsindən istefa verəcəyi bildirilir.

"Daily Mail" yazır ki, şübhəli rejimlərin liderləri ilə əlaqələrinə görə tənqid olunan Şahzadənin Bakıya səfəri onun kral ailəsinin işləyən üzvü kimi roluna bir daha kölgə salacaq.

"Çünki Azərbaycan dünyanın ən korrupsioner ölkələrindən biri hesab olunur".

"Evening Standard" qəzeti isə Şahzadənin iddia olunan səfəri ilə bağlı yazıb: "Çox güman ki, bu səfər Şahzadə Endryoya dostu Prezident Əliyevdən bu ilin əvvəlində anti-hökumət nümayişçilərinə qarşı təzyiqlər və ya seçkilərdə belə yüksək səs toplamağa necə nail olması barədə soruşmaq şansı verəcək".

"Bəlkə də o, gələn il Azərbaycanda keçiriləcək Avroviziya Mahnı müsabiqəsindən qabaq sırada yer tutub-tutmayacağını dəqiqləşdirilmiş" - qəzet əlavə edir

 

  • Yazılıb
  • da (də) 2011 Dec 03