Tarix : 2011 Dec 03
Kod 27043

Məni ən çox vəcdə gətirən İmam Hüseynin (ə) qardaşı Əbülfəzl Abbasın şəxsiyyətidir –

Amerikalı alim, Nyu-York Universitetinin professoru Peter Calkovski Kərbəla hadisəsi barədə araşdırmalarını “Fars” agentliyinin müxbiri ilə bölüşüb.
well/Aran agentliyi

 

Amerikalı alim, Nyu-York Universitetinin professoru Peter Calkovski Kərbəla hadisəsi barədə araşdırmalarını “Fars” agentliyinin müxbiri ilə bölüşüb.

SalamNews-un verdiyi xəbərə görə, şərqşünas alim uzun illər Kərbəla hadisəsi üzərində təhqiqat apardığını deyib. Onun sözlərinə görə, hadisədə onu ən çox vəcdə gətirən İmam Hüseynin (ə) qardaşı Əbülfəzl Abbasın şəxsiyyətidir.

Jurnalistin "sizin üçün Abbas kimdir?" sualının cavabında professor deyib: "Abbas bir pəhləvandır, azad bir insan, qorxusu olmayan bir müdafiəçidir. O, uşaqlar üçün su gətirməyə gedərkən bir ovuc su götürür, dodaqlarına yaxınlaşdırır, amma içmir. İmam Hüseyn (ə) və onun övladları susuz olduğu üçün su içməyi özünə yaraşdırmır".

"Kərbəlada sizə ən çox təsir edən səhnə hansıdır?" sualına isə Calkovski belə cavab verir: "Mənə ən çox təsir edən susuz uşaqların Abbasdan su istəməsidir".

  • Yazılıb
  • da (də) 2011 Dec 03