Tarix : 2011 Dec 04
Kod 27057

Şəhadət, atəşkəs, təslimçilik...

70 il dini inancları yasaqlamış Sovetlər Birliyinin şinelindən çıxmış məmləkətlərdə dini dəyərlərin yerində olmaması, şəhadət məktəbinin formallığı təbii sayılmalıdır
عادلی/Aran agentliyi

 

 

70 il dini inancları yasaqlamış Sovetlər Birliyinin şinelindən çıxmış məmləkətlərdədini dəyərlərin yerindəolmaması, şəhadət məktəbinin formallığı təbii sayılmalıdır.

 Amma 20 Yanvar faciəsi, Qarabağ müharibədi sübuta yetirdi ki, Azərbaycanda yerini tapmış dini dəyərlər var vəonların ən çox dərk ediləni şəhadətdir. Şəhid Mübariz İbrahimovun şəhadətdən öncəyazdığı məktub bütün şübhələri alt-üst etdi. Mübariz yazırdı: “Canım, atam vəanam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdəgörüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündəartıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinəgedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyəyüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinəyetirin. Çoxlu sədəqəverin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Bu gün bir çox dindarlar şəhid Mübariz və onun bu vəsiyyətini otağında divardan asıb. Bəs QMİ-də, Şeyxülislamın otağında necə, bu məktub yer alıbmı? Şübhəlidir.
Cənubi Qafqazın iki dövləti arasındakı münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları şəklində başladı. Azərbaycan 20% ərazisi - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona yaxın 7 inzibati rayon işğal edildi. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalandı. Müharibə illərində 30 min azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilmişdir.

Dünya siyasət dünyasıdır deyirlər. Yəni o qədər ki, şəhidlərin qanını ayaq altına alasan? Şeyx bu işi gördü və ən sərt ittiham QAT-dan gəldi: “Allahşükür Paşazadə Allaha, Qurana deyil, şeytana xidmət edir”.
Qarabağ Azadlıq Təşkilatı Allahşükür Paşazadənin Ermənistana səfərini qətiyyətlə pislədi. Təşkilat erməni kilsəsi və katolikosunu Azərbaycana qarşı işğal və terror siyasətinin ilhamçısı, ideya rəhbəri, Xocalı soyqırımı, Qaradağlı, Meşəli, Malıbəyli, Ağdaban qətliamlarının əsas təşkilatçısı hesab edərək bu səfərə etirazını bildirdi. QAT bildirdi ki, on minlərlə azərbaycanlının qanına baiskar məhz erməni kilsəsidir və Allahşükür Paşazadənin bunları bilə-bilə erməni katolikosunun hüzuruna getməsinə heç bir bəraət yoxdur. QAT bəyan edib ki, hər gün cəbhədə əsgərlərimiz erməni gülləsinə tuş gəlir, Allahşükür Paşazadə isə bu qədər insanın qanının üzərindən keçib qatil katolikosunun hüzuruna getməyinə heç nə ilə haqq qazandıra bilməz. Təşkilat qeyd edib ki, gərək A.Paşazadə də gürcü patriarxından nümunə götürərək bu səfərə getməyəydi: “O, bu səfərlə bütün Azərbaycan xalqını rəzil vəziyyətə qoydu. Allahşükür Paşazadə gərək oxuduğu Qurana əməl edəydi. “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz... Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yolundan azmışdır!” (əl-Mümtəhinə surəsi, 1-ci ayə). “Allah sizə... sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər”. (əl-Mümtəhinə, 9-cu ayə). “Təcavüzkarlıq edənlə... vuruşun!” (əl-Hucurat, 9-cu ayə). “Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun”. (əl-Bəqərə, 190-cı ayə). “Onları harda görsəniz öldürün. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın... Kafirlərin cəzası ancaq budur”. (əl-Bəqərə, 191-ci ayə). Allahşükür Paşazadə bunları oxuyubmu, bilirmi və bilirsə nə üçün əməl etmir?!
Düz sözə nə deyəsən! Haqlı sözdür ki, belə bir adamın Azərbaycan dindarlarına rəhbərlik etməsi yolverilməzdir. QAT Azərbaycan möminlərini Allahşükür Paşazadə kimi dini rəhbərdən imtina etməyə çağırdı.

MDB ölkələri Dini Şurasının iclası noyabrın 28-29-da Yerevanda Cənubi Qafqaz ölkələri və Rusiya dini liderlərinin iştirakı ilə keçirildi. Bütün Gürcüstanın Patriarxı II İliyanın görüşə qatılmaması sübut etdi ki, bu tədbir Rusiyanın himayəsi altında baş tutub.
MDB ölkələri Dinlərarası Şurası Rəyasət Heyətinin noyabrın 28-də Yerevanda keçirilən toplantısı zamanı qəbul olunan bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasının zəruriliyi vurğulandı. Din xadimləri Azərbaycanla Ermənistanın dövlət rəhbərlərindən snayperləri cəbhənin ön xəttindən geri çəkməyi xahiş etdilər.
Allahşükür Paşazadə, bütün ermənilərin katolikosu II Qaregin və bütün Rusiyanın Patriarxı Kirilin birgə bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasının zəruriliyi vurğulandı.

Ən pisi! Tədbirdən sonra Ermənistan prezidenti Serj Sarkisyan dini liderləri qəbul edib. Bu görüşdə Allahşükür Paşazadə əmin olduğunu bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin səyləri nəticəsində problemi həll etmək mümkün olacaq. A. Paşazadə iki ölkənin dini liderlərinin buna yardım göstərməyə hazır olduqlarını vurğulayıb.

İqtidar düşərgəsinin susması da təbiidir. Çünki, birincisi, Qafqaz Müsəlmanları İdarəsinin sədri dövlət başçısının icazəsi olmadan Yerevandakı toplantıya qatıla bilməzdi.
Allahşükür Paşazadə də son günə qədər Yerevana gedib-getməyəcəyi məsələsində qəti söz deyə bilmirdi. Başqa sözlə, o yuxarıların qərarını gözləyirdi. Allahşükür Paşazadənin açıqlamaları da əvvəlcədən razılaşdırılıb.
Dini liderlərin bəyannaməsində snayperlərin geri çəkilməsi vacibliyi də vurğulanıb. Bu Ermənistanın çoxdankı arzusu və istəyidir. Rəsmi Bakı snayperlərin geri çəkilməsinə bu günə qədər müsbət yanaşmayıb. Çünki, yuxarılar belə bir arqumentdən çıxış edirlər ki, torpaqlar işğal altında olduğundan snayper müharibəsi Ermənistanı daima gərgin vəziyyətdə saxlamağa imkan verir.

Odur ki, Allahşükür Paşazadə sənəddə snayperlərin geri çəkilməsi bəndinə də Bakının icazəsi olmadan imza ata bilməzdi.

P.S. Bu təcavüz 30 min soydaşın həyatına son qoydu. Torpaqların azad olunması isə 30 mindən artıq istəməzdi. Amma “olmaz” deyirlər. Şeyx də bu oyunda özünü alçaldanlardan oldu. Vətən ondan nə can, nə var-dövlət istədi. Möhkəm dayan, bu qanları müqəddəs tut dedi. Amma “Aşurada küçəyə çıxmayasanız ha” deyib müsəlmanları süstləşdirən Şeyx dövlətin xalqın ruhiyyəsini öldürmək layihəsində də açar oldu - Sarkisyanla üzbəüz oturacaq həddə kiçildi və xalqını kiçiltdi. Bizsə belə birindən dini liderlik umuruq.

Mahir

  • Yazılıb
  • da (də) 2011 Dec 04