Tarix : 2011 Dec 07
Kod 27092

İmam Hüseynin (ə) axırıncı vəsiyyəti

“Ey övladım, Allahdan başqa yardımçısı olmayan hər kəsə zülm etməkdən çəkin”
ali/aran agentliyi

Ayətullah Məzahiri İmamın (ə) son vəsiyyəti haqda buyurmuşdur: “Beşinci İmam Muhəmməd Baqirdən (ə) bu hədis nəql edilir. O, öz atası İmam Səccaddan (ə) vəo, da İmam Hüseyndən (ə) belənəql edir. Bu böyük İmam da öz atası Əmirəl-möminindən (ə) nəql edir. Həmçinin belənəql edilir ki, İmam Hüseyn (ə) vəİmam Səccad (ə) ömürlərinin axırında, şəhadət zamanı bu hədisi vəsiyyət etmişdilər. Hər dörd İmam (ə) bu mövzunu bəyan etmişdilər. İki İmam (ə) həyatlarınını həssas anlarında bu hədisi nəql etmişdilər. Məlum olur ki, bu hədisin əhəmiyyəti böyükdür.
Xüsusil
ə
dəİmam Hüseyn (ə) Aşura günündəo zaman ki, bütün səhabələri vədostları şəhid olmuşdular, yəni o həssas anlarda öz son vəsiyyətini həm övladlarına vəhəm dəbəşəriyyətəsöyləmişdir. Buyurur: “Ey övladım, Allahdan başqa yardımçısı olmayan hər kəsəzülm etməkdən çəkin”.
Yardımçısı olmayan bir m
ə
zluma zülm etmək - bəzi hökumətlərin pənahı olmayan insanlara zülmü kimidir. Bəzi insanlar müəyyən bir millətəhakim olurlar, ona zülm edirlər. O millət dəzalımkar qarşısında Allahdan baqşa yardımçı görmür. Bu zülm çox pislənən bir zülmdür. Beləki, Peyğəmbəri-Əkrəmin (s) buyurduğu kimi şər insanların bir millətəhakim olması o millətin rəftarının nəticəsidir: “Ümmətiməeləbir zaman gələcəkdir ki, alimlərdən qaçacaqlar. Necəki, qoyun canavardan qaçır. O zaman ki, beləolar, Allah onları üç bəlaya düçar edər: 1. Onların mallarından bərəkəti alar. 2. Zalım bir rəhbəri onlara hakim edər. 3. Dünyadan imansız gedərlər”.
Müdirin işçisin
ə
etdiyi zülm dəböyük zülmdür. Xüsusiləo zaman ki, işçi onun əlinin altında işləməyəməcburdur. Əgər bu zülmü qəbul etməsə, işdən çıxarılar. Çox hallarda bu cür müdirlər bu vəziyyətlərdən sui-istifadəedirlər. İşçini istismar edirlər. Əlbəttəişçi dəgərək işini yaxşı yerinəyetirsin. Az iş görməsin, işini keyfiyyətsiz görməsin. Çünki bu da zülm olar.
Zülmün başqa bir növü is
ə
pənahı olmayan insanlara zülm etməkdir. O zülmdür ki, ailəüzvləri bir-birinəedərlər. Ərləarvadın, valideynlərin övladlarına etdiyi zülm kimi. O zaman ki, qadının himayəçisi yoxdur, ərinin zülmünədözməyəməcburdur. Ya da əri abrını qorumaq üçün arvadının zülmünədözməyəməcburdur. Bəzən qoca ananın oğlundan başqa həyatda başqa bir kimsəsi yoxdur. Ona görədəbu oğlunun kinayəli sözlərini eşitməyə, onun əziyyətlərinədözməyəməcburdur ki, bu da övlad tərəfindən böyük günahdır. Qurani-Kərim övladlara valideynlərinəehtiram göstərməsini xüsusiləvurğulayır. Övladın vəzifəsini ən ağır bir vəzifəadlandırır: “Pərvərdigarın hökm etmişdir ki, Ondan başqasına pərəstiş etməyəsiniz. Ata vəanaya yaxşılıq edin. Əgər onlardan biri vəya hər ikisi sənin yanında qocalarsa, onlara “uf” demə. Onların üstünəqışqırma. Onları özündən uzaqlaşdırma. Onlara yaxşı söz de”.
Bu ay
ə
nin xüsusi nöqtəsi odur ki, YeganəAllaha pərəstişləbir yerdəvalideynəehtiram göstərmək lazımdır.
Övlada da zülm etm
ə
k bəyənilməyən əməldir. Əgər bir övlad ailəqurmaq istəyirsə, həssas vaxtıdır vəonun kobud rəftarlarını valideynəhörmtəsizlik kimi dəyərləndirməyin.
Zülmün başqa bir növü is
ə
himayəçisi olmayan insana zülm etməkdir. Qeybət, töhmət vəşayiəyaymaq kimi. Çox təəsüf ki, zülmün bu növü çox yayılmışdır. Başqasının abrını aparmaq, ona töhmət vurmaq vəonun haqqında yalançı şayiələr yaymaq - böyük zülmdür. Çünki Allahdan başqa yardımçısı yoxdur. Bütün bunlar haqqun-nasdır (insan haqlarındandır). Əgər insan bu haqqı yerinəyetirəbilməzsə, aqibəti yaxşı olmaz. “Başqalarına xəyanət etmək vəabrını aparmaq – Allah Təala iləvuruşmaq kimidir”.
İmam Hüseyn (
ə
) Aşura günü bizim hamımızı bu zülmlərdən çəkinməyədəvət etmişdir. İmam Hüseynin (ə) bu nurani hədisi ancaq öz zamanına aid deyildir. Bu hədis hələdəcanlıdır vəonun bizim dövrümüzdədənümunələrinərast gəlmək olur. Ona görədəzehnimiz ancaq Şimir ibni Zilcöşən, Ömər Səd vəya İbni Ziyadın Əhli-Beytə(ə) etdiyi zülmlərəcəmlənməməlidir. Bəlkəbizim özümüz İmamın (ə) dediklərinəəməl etməyədiqqət etməliyik. İnsanın abrını qorumaq - ən vacib məsələlərdəndir.
Ə
gər günahkar insanlar bu şeylərədiqqət etmədən dünyadan gedərlərsə, cəhənnəmdəyanarlar ki, günahlarının küdurəti aradan getsin. Pak olub, behiştədüşmək ləyaqətinənail olsunlar. Allahın rəhməti o qədər böyükdür ki, cəhənnəm dəOnun lütflərindəndir. İnsanları paklamaq vətəmizəçıxarmaq üçündür cəhənnəm. Əgər insan zalım olarsa, xüsusilədəAllahdan başqa himayəçisi olmayan birinəzülm edərsə- yeri cəhənnəmdir. CəhənnəmdəAllahın lütfündən istifadəetmək əvəzinə, orada da öz hoqqabazlığına davam etmək istəyir. Eləbilir ki, həyatdadır. Ancaq Allahla belərəftar edəbilməyəcəyini bilmir. Əgər bu cür insanlar həyatda az bir müddət üçün nəyəsənail olurlarsa, başqaları təsəvvür etməsinlər ki, Allahın bunlardan xəbəri yoxdur. HəqiqətdəAllah bu insanlara möhlət verir ki, nəqədər bacarırlarsa öz zülmlərini vəgünahlarını artırsınlar.
Quran buyurur: “Kafir olan ş
ə
xslər güman etməsinlər ki, bizim onlara möhlət verməyimiz onlar üçün xeyirlidir. Biz onlara möhlət vermişik ki, günahlarını daha da artırsınlar vəonları alçaq edən bir əzab vardır”. (“Ali-İmran”, 178).
Ona gör
ə
dədiqqətli olmalıyıq ki, Allahdan başqa yavəri olmayan heç kiməzülm etməyək. Əgər kimsəzülm edib vəya başqasının zülmünəseyirci olub vəonu müdafiəetməyibsə, bu səhvini düzəltməyəçalışsın. Allah da onun bu təqsirini bağışlayar”. /Həvzəh/deyerler

  • Yazılıb
  • da (də) 2011 Dec 07