Tarix : 2011 Dec 07
Kod 27101

''Azərbaycan Respublikasında islamçılıq hərəkatının araşdırılması'' silsilə görüşlər imam Hüseyn ...

İmam Hüseynə (ə) olan sevgini aşkar etmək imkanı böyük nemətdir və bu gün dünyanın ikinci şiə ölkəsi ondan məhrum olubdur
well/Aran agentliyi

 

"Arannews"in  məlumatına əsasən, 1 dekabr cümə axşamı məğrib və işa namazlarından sonra Təbrizin Lalə məntəqəsində yerləşən İmam Hüseyn (ə) məscidində "Şəriət məhkumları" silsilə görüşlərin altıncı toplantısı "Azərbaycan Respublikasında islamçılıq hərəkatının araşdırılması" ünvanı ilə keçirildi.

Taplantıda "Aran" İnstitutunun müdiri Həsən Qulu, əhli-beytə (ə), məxsusən imam Hüseynə (ə) məhəbbəti və onu aşkar etməyi şiənin iki dəyərli sərmayəsi adlandırdı və buna qarşı tarix boyu düşmənlər tərəfindən problemlər yaradılıdığını vurğuladı.

Həsən Qulu, İran xalqının bu günləri İslam İnqilabı sayəsində əhli-beytə (ə) öz sevgilərini aşkar etmək imkanı tapmasına işarə edərək dedi: "Çox təəssüflər olsun ki, bu imkan dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respublikasının xalqı üçün təmin olunmur".

Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun müdiri Qafqaz regionunun, o cümlədən Azərbaycan Respublikasının tarixinə və bu regionun İrandan ayrılmasının səbəblərinə işarə edərək artırdı: "Aranın (Azərbaycan Respublikasının) İrandan ayrılmasının ibtidasından indiyə kimi bu regionda İran və şiəçiliklə düşmənçilik cərəyanları ortalığa atılıb və indiyə kimi də davam etməkdədir".

İnstitutun müdiri kommunist rejimi dönəmində kommunistlərin AR şiələrinə qarşı cinayətlərinə işarə edib dedi: "1937-ci il repressiya ən yüksək həddə olub və bu dövrdə  regionda 300 mindən yuxarı şiə qətliam edilib, çoxlu dindar, ruhani və hətta müctəhid öldürülüb. Məscidləri bağlamaq, imam Hüseyn (ə) əzadarlığını qadağan etmək kommunist rejiminin şiəlik əleyhinə olan digər əməllərindən olub".

"Aran" İnstitutunun müdiri çıxışının davamında Azərbaycan şiələrinin hazırkı vəziyyətinə işarə edərək dedi: "Təəssüflər olsun ki, bu ölkə müstəqillik qazandıqdan sonra da dinlə mübarizə başqa bir formada öz işinə davam etdi və bu gün Bakı dövləti, Misir və Tunisdə diktatorların süqutundan sonra dünyanın ən anti-İslam ölkəsinə çevrilibdir. Halbuki, bu ölkə İslam Əməkdaşlıq Təşkilatının da üzvü hesab olur".

Həsən Qulu, məscidlərin sökülməsini, təqlid mərcələrinin dəftərxanalarının açılmasının qadağan olmasını, əzadarlıq heyətlərinin küçələrə çıxmasının qarşısının alınmasını, İranda dini təhsil almış ruhanilər tərəfindən dinin təbliğ olmasına qadağa qoyulmasını və s. Bakı dövlətinin islamofobiya siyasətlərinin ən mühüm nümanələrindən olduğunu bildirdi.

İnstitutun müdiri çıxışının sonunda şiə təlimində "təvəlli və təbərri"yə işarə edərək dedi: "Azərbaycan Respublikasının vəziyyəti ilə tanışlıq və bu ölkənin şiələrinin məzlumluğunu dəstəkləməyimizi elan etmək, biz İran xalqının ağır vəzifələrindən biri hesab olur".

  • Yazılıb
  • da (də) 2011 Dec 07