Tarix : 2011 Dec 07
Kod 27102

Azərbaycanda ''Aşura''

Azərbaycan Respublikasında Əhli-Beyt(ə) aşiqlərinin Hüseyn(ə) Tasuası və Aşurası günlərinin rəsmi şəkildə tətil elan olunmamasına baxmayaraq,...
well/Aran agentliyi

 

Azərbaycan Respublikasında Əhli-Beyt(ə) aşiqlərinin Hüseyn(ə) Tasuası və Aşurası günlərinin rəsmi şəkildə tətil elan olunmamasına baxmayaraq, əzadarlıq mərasimlərində geniş formada iştirak etdiyi bir şəraitdə, bəzi məntəqələrdə polis əməkdaşlarının əzadarlara hücum etmələri, tələbə və müəllimlərin dərslərdə iştirak etmədikləri üçün qovulacaqları ilə təhdid edilmələri haqda xəbərlər daxil olmaqdadır.

Fars Xəbər Agentliyinin Bakıdakı müxbirinin məlumatına görə, Gəncə şəhərində dindar qadınlar İmamzadəyə tərəf hərəkət etdikləri zaman polis əməkdaşlarının hücumuna məruz qalıb və ağır şəkildə döyülüblər.

Bu məlumata görə, Gəncə polisi həmçinin şəhərin bütün məscidlərini mühasirəyə alaraq, insanların məscidlərə daxil olmalarına məhdudiyyətlər tətbiq edib.

Bu arada artıq bir neçə gündür ki, Yevlax şəhər məscidinin imam camaatı Ramin Quliyev itkin düşüb. Yaxınlarının dediyinə görə, bir neçə gün öncə Yevlax şəhər təhlükəsizlik orqanının əməkdaşları Ramin Quliyevi Hüseyn(ə) üçün saxlanılan matəm mərasimlərinin genişləndiyi bir zamanda çağırtdırıb və elə o zamandan indiyə kimi haqqında heç bir məlumat yoxdur.

Həmçinin orta məktəblərdə hicab qadağasına etiraz edən daha 5 nəfər haqda ümumilikdə 10 il 6 ay həbs qərarının çıxarılması Tasua günündə Azərbaycan Respublikasında baş vermiş digər hadisələrdəndir.

Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi Toğrul İsgəndərov və Məhəmməd Əsgərovun hər birini 3 il, Arif İsmayılov, Çingiz Novruzov və Taleh Ələkbərovun hər birini isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. May ayının 6-da "Hicaba Azadlıq" aksiyasında həb olunan bu şəxslər ictimai asayişi pozmaqda ittiham ediliblər.

  • Yazılıb
  • da (də) 2011 Dec 07