Tarix : 2011 Dec 07
Kod 27104

Azərbaycan əzadarları İran Astarasında

Azərbaycan Respublikasının müsəlman əhalisindən olan çoxlu sayda insan dünən İran Astarasında İmam Hüseyn(ə)a əzadarlıq saxlayan dəstələr təşkil ediblər
well/Aran agentliyi

 

Azərbaycan Respublikasının müsəlman əhalisindən olan çoxlu sayda insan dünən İran Astarasında İmam Hüseyn(ə)a əzadarlıq saxlayan dəstələr təşkil ediblər.

Sərhəd Astara şəhərində keçirilən Aşura mərasimlərinə Azərbaycan Respublikasının müxtəlif şəhərlərindən o cümlədən Bakı, Lənkəran, Masallı və Gəncədən çoxlu sayda insan qatılmışdı. Onlar İranlı müsəlman qardaşlarının kənarında əzadarlıq mərasimlərində iştirak edərək, İmam Hüseyn(ə) və onun vəfalı silahdaşlarına matəm saxlayıb, göz yaşları axıdıblar.

Hüseyn(ə) Tasuası və Aşurası günlərində Azərbaycan Respublikasından olan əzadarlar həmçinin matəm mərasimlərində iştirak etməklə yanaşı, məscidlər və dini məkanlarda ehsan süfrələri acaraq, nəzir paylayıblar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında əzadarların küçələrə çıxmalarına tətbiq olunmuş qadağalara baxmayaraq, Bakıda və Gəncədə Hüseyn(ə) əzadarları xiyabanlara axışaraq, əzadarlıq ediblər

  • Yazılıb
  • da (də) 2011 Dec 07