Tarix : 2011 Dec 07
Kod 27106

BU İL AŞURA AYİNİNƏ GƏLƏNLƏRİN SAYI ÇOXALIB

“Biz kafirlərlə döyüşdə haqq işi uğrunda şəhid olanlara borcumuzu verməyə gedirik''
well/Aran agentliyi

 

Aşura (Məhərrəm ayının 10-cu günü) gecəsinə keçən gecə (bu il dekabrın 6-da qeyd olunur) bir qrup gənc şiəliyi təmsil edən “Əli ayağı”, “Nardaran piri” və digər müqəddəs ziyarətgahlara yürüş edir. Əvvəlki illərdən fərqli olaraq bu il yürüş iştirakçılarının sayı artıb. Belə ki, ötən gecə 15-20 nəfər rəmzi matəm bayraqları ilə Bakı-aeroport-Nardaran yolu ilə hərəkət edib.

Biz kafirlərlə döyüşdə haqq işi uğrunda şəhid olanlara borcumuzu verməyə gedirik”, - Səməd adlı şəxs söyləyib.  

Gənclər hakimiyyətin xəbərdarlığına baxmayaraq, yürüş edirlər. Yuxarı sinif şagirdlərinə tapşırılıb ki, cəza almaq istəmirlərsə, səhər tezdən məktəbdə olsunlar.

Bazar ertəsi şəhər, rayon, təhsil şöbələrinin, hətta Təhsil Nazirliyinin nümayəndələri paytaxt məktəblərinə, xüsusilə Bakı kəndlərinə göndərilib. Onlar məktəblilərin Aşurada iştirakının yolverilməzliyi barədə müəllimlərə təlimat keçiblər. Sonra müəllimlərə xəbərdarlıq ediblər ki, dekabrın 6-da şagirdlərin dərsə gəlməsi vacibdir. Eyni zamanda deyiblər ki, əgər onların şagirdləri məscid yaxınlığında saxlansa, həmin müəllimlər əmək haqqından məhrum ediləcəklər.

Məktəblərdən birində isə qorxudulmuş müəllim hətta belə deyib ki, azərbaycanlıların genində islam yoxdur, çünki onlar əvvəllər xristian, lap əvvəllər isə atəşpərəst olublar. Aşura isə düşmən İranın fitnəsidir.

Bununla belə, polis və xüsusi xidmət 680-cı ildə Kərbəlada qeyri-bərabər döyüşdə həlak olmuş Məhəmməd Peyğəmbərin nəvəsi imam Hüseyni anım mərasiminin keçirildiyi yerlərdə gücləndirilmiş xidmət keçir.

Məhərrəm müsəlman təqvimi üzrə birinci aydır. Bu, müharibələri, qanlı qisası qadağan edən dörd aydan biridir. Məhərrəm ayının ehtiramlı olması Quran və Sünnədə də deyilir. Odur ki, hər bir müsəlman bu ay Tanrıya ibadət etməlidir. Məhərrəm ayının 10-cu günü Aşura (“aşar” sözündəndir, “on” deməkdir) adlanır. Allah tərəfindən Yerin, Göyün, mələklərin, ilk adam Adəmin yaradılması Aşuraya düşür.

Lakin həmin gün islam qaydalarını pozan xəlifə Yezidin əmri ilə Peyğəmbərin nəvəsinin, onun qohumlarının, tərəfdarlarının qanı axıdılıb. Bu ay şiələr üçün daim matəm ayı hesab olunur.

  • Yazılıb
  • da (də) 2011 Dec 07