Tarix : 2011 Dec 07
Kod 27108

Şeyx hökumətdən ənam aldı

“And olsun Qurana, imkan vermirlər! And olsun peyğəmbərə od içindəyəm! And olsun Məkkəyə sizinləyəm!”
well/Aran agentliyi

 

Şeyx Paşazadə hökumət-dindar cəbhəsinin düz oprtasında minbər qurub gah sağa əyilib pıçıldayır, gah sola əyilib pıçıldyırdı. Özü də eyni sözləri təkrar edirdi: “And olsun Qurana, imkan vermirlər! And olsun peyğəmbərə od içindəyəm! And olsun Məkkəyə sizinləyəm!” Adamın yadına bir Quran ayəsi düşür: “Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”, -deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, -deyirlər.

Xülasə, Şeyxin hökumətlə əlbir olması ilə bağlı şübhələr tam təsdiqləndi. Rejim Şeyxin zəhmətlərini qiymətləndirmək qərarına gəldi. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nizamnaməsinə dəyişiklik edilib. Dəyişiklik “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklə bağlıdır. QMİ-nin Nizamnaməsi “Dini etiqad azadlığı haqqında” qanuna uyğunlaşdırılıb.

Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklərlə QMİ-yə əlavə səlahiyyətlər verilib, ölkədə fəaliyyət göstərən İslam təmayüllü dini icmalar QMİ-yə tabe edilib.

Həmçinin, qanuna edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı Azərbaycan prezidentinin imzaladığı fərmanda QMİ-yə dövlət büdcəsindən maliyyə yardımının göstəriləcəyi bildirilir. Bundan başqa, QMİ-yə müvafiq ölkələrdə nümayəndəliklərini yaradılması təklif edilib.

Təbrik, Şeyx! Bu çox böyük uğurdur. Bəziləri demişkən, kim bilir o dünyada bir şey çıxacaq ya yox. Bunlar isə nağd verir. Bir də Allah Azərbaycan hökuməti deyil ki, rəhmi olmasın. Deyirlər hətta bir övliya Allaha yalvarırmış ki, Ya Rəbb, Yezidi bağışlama.

Bakıxan

  • Yazılıb
  • da (də) 2011 Dec 07