Tarix : 2011 Dec 07
Kod 27110

Əliyevin iqtisadi yalanları ifşa olundu

MDB Statistika Komitəsinin hesabatında Azərbaycan sonuncu yerdə dayandı
well/Aran agentliyi

 

MDB Statistika Komitəsinin hesabatında Azərbaycan sonuncu yerdə dayandı

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsi cari ilin ilk 10 ayı ərzində quruma üzv ölkələrdə sənaye istehsalının səviyyəsilə bağlı statistik rəqəmləri açıqlayıb. Komitədən yayılan açıqlamaya görə, 2011-ci ilin yanvar-oktyabr ayları ərzində sənaye istehsalının ən yüksək səviyyəsi Qırğızıstanda qeydə alınıb.

27.5 faiz artımla siyahıya başçılıq edən Qırğızıstandan sonra ikinci yerdə 13.1 faizlə Ermənistan dayanır. Komitənin hesablamaları əsasında hazırlanmış siyahıya Belarus, Ukrayna, Rusiya, Tacikistan və Qırğızıstanın adı daxil edilib. Statistika Komitəsində Özbəkistan, Türkmənistan və Moldova barədə məlumat yoxdur.

MDB Statistika Komitəsinin açıqladığı hesabatda diqqətçəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 10 ayı ərzində sənaye istehsalının ən aşağı səviyyəsi və daha da pisləşməsi Azərbaycanda qeydə alınıb. Azərbaycan hakimiyyətinin “regionun və MDB-nin lider dövləti” kimi iddiaları növbəti dəfə ifşa olunub. Komitənin hazırladığı siyahıda Azərbaycan sonuncu yerdə qərarlaşıb.

Azadlıq

 

  • Yazılıb
  • da (də) 2011 Dec 07