Tarix : 2011 Dec 08
Kod 27135

Təbrizin əzadar camaatı Azərbaycan Respublikası şiələrinin vəziyyətinə təəssüflənir

Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutu Tasua və Aşura günləri bayraqlar asaraq Bəhreyn, Ərəbistan və Azərbaycan Respublikası kimi İslam ölkələri şiələrinin məzlumiyyətini xatırlatdı
well/Aran agentliyi

 

Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutu Tasua və Aşura günləri bayraqlar asaraq Bəhreyn, Ərəbistan və Azərbaycan Respublikası kimi İslam ölkələri şiələrinin məzlumiyyətini xatırlatdı

Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutu Tasua və Aşura günləri bayraqlar asaraq Bəhreyn, Ərəbistan və Azərbaycan Respublikası kimi İslam ölkələri şiələrinin məzlumiyyətini xatırlatdı.

Aran xəbər agentliyinin məlumatına əsasən, islami oyanışla eyni vaxta düşən bu ilin Məhərrəm ayında "Aran" İnstitutu bayraqlar asaraq, Bəhreyn, Ərəbistan və Azərbaycan Respublikası kimi İslam ölkələri şiələrinin məzlumiyyətini Təbrizin əzadar camaatına xatırlatdı. Bu bayraqlarda imam Hüseyn (ə) əzadarlarından dünyanın hər tərəfində olan əhli-beyt (ə) aşiqlərinin başıucalığı üçün dua etmələri istənilmişdi.

Həmçinin, bu bayraqlarda İslam ölkələrində baş verən acı həqiqətlər öz əksini tapmışdı. O cümlədən Tasua və Aşura günləri dünyanın ikinci şiə ölkəsində rəsmi tətil olmaması Təbriz əzadarlarının təəccübünə səbəb oldu.

Bu xəbərə əsasən, Təbrizli əzadarlardan biri bu bayraqları gördükdə Aran müxbirinə deyib: "Əgər İslam İnqilabı olmasaydı, bizim də ölkəmizdə Aşura günün rəsmi tətil olacağı məlum deyildi. Başqa bir təbrizli isə İranda şiələrin izzətini nümunə adlandıraraq, onu şəhidlərə borclu olduqlarını bildirdi. Başqa birisi isə Təbriz əhalisinin Azərbaycan Respublikası şiələri qarşısında vəzifələrinin ağır olduğunu bildirdi".

 

  • Yazılıb
  • da (də) 2011 Dec 08