Tarix : 2011 Dec 08
Kod 27136

Azərbaycan xalqı Aşuranın qeyri iş günü olacağını gözləyir

Azərbaycan Respublikasında rəsmi tətil təqviminin dəyişilməsi üçün bu ölkə parlamentinin addım atacağına dair xalq gözləntisi artıb
well/Aran agentliyi

 

 

Azərbaycan Respublikasında rəsmi tətil təqviminin dəyişilməsi üçün bu ölkə parlamentinin addım atacağına dair xalq gözləntisi artıb.

Azərbaycan Respublikasında Aşura gününün rəsmən tətilinin zəruri olması barəsində bu respublikada müxtəlif şəxsiyyətlərin açıqlamasının ardınca rəsmi tətil təqviminin dəyişilməsi və Aşura gününün rəsmən tətil elan olunması üçün bu ölkə parlamentinin addım atması barəsində xalq gözləntiləri artıb.

Bakı, Lənkəran, Gəncə və Naxçıvanda aparılan rəy sorğuları göstərir ki, xalqın əksəriyyəti Azərbaycan Respublikasının rəsmi təqvimində Aşura gününün tətil elan olunması ilə razıdır və onu hökumətdən təbii istək kimi irəli sürürlər.

Dindarlardan bir çoxu bu rəy sorğusunun suallarına cavabda bildiriblər ki, Azərbaycan Respublikasında yanvar ayının 1-də xristian dünyasının rəsmi tətili üçün heç bir ehtiyac duyulmadığı bir halda dini münasibətlər, xüsusilə də Aşura gününün bu ölkədə rəsmən tətil olması tamamilə hiss olunan zəruri məsələdir. Çünki Azərbaycan Respublikasında Aşura gününün tətil olmamasına baxmayaraq, əhalinin bir çoxu müxtəlif formalarda çalışırlar ki, özlərini Aşura günü mərasimlərinə çatdırsınlar və ilahi fürsətdən yararlansınlar.

Respondentlərdən bir çoxu bu rəy sorğusunda bildirib ki, Azərbaycan Respublikası parlamentində araşdırılması üçün Aşura gününün rəsmən tətil olunması barəsində layihənin təqdim olunması üçün bəzi deputatların öncül olacaqlarını gözləyir.

 

  • Yazılıb
  • da (də) 2011 Dec 08