Tarix : 2011 Dec 08
Kod 27137

İSLAMÇILARIN APELLYASİYA MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Buna səbəb məhkəmənin ilkin hökümündən edilən şikayət olub
well/Aran agentliyi

 

 

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin Ağır Cinayətlərə dair Məhkəmədə onlara verilən hökmlə bağlı növbəti apellyasiya məhkəməsi baş tutmayıb.

Beləki Dəyanət Səmədov, Fəramiz Abbasov və Firdovsi  Məmmədrzayevin vəkilləri appelyasiya məhkəməsinin ilkin baxış qərarından kasassiya şikayəti veriblər.

Bu barədə FaktXeber.com-a müdafiəçılərdən biri Anar Qasımlı məlumat verib. “Biz Appelyasiya məhkəməsinin ilkin hökümündən şikayət vermişik. Şikayətimizi məhkəmənin istintaq prosesi ilə birgə aparılması ilə əlaqədardır. Buna görə də məhkəmə iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb”.

Qeyd edək ki, AİP lideri Mövsüm Səmədovun yanvar ayında hakimiyyətin əleyhinə tənqidi çıxışından sonra AİP funksionerlərinə qarşı kütləvi həbs dalğası başladı.

Əsassız ittihamlarla həbs olunan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 il, müavini Vaqif Abdullayev 11 il, Ruhulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə, 11 illik şərti cəzaya məhkum olunub

  • Yazılıb
  • da (də) 2011 Dec 08