Tarix : 2011 Dec 08
Kod 27138

İslam Partiyası BƏYANAT yayıb

Azərbaycan İslam Partiyası dekabrın 8-də bəyanat yayıb
well/Aran agentliyi

 

 

Bəyanatda deyilir: “Azərbaycanda baş verənlər, aparılan siyasət keçmişimizə, dünənimizə qeyri-səmimi münasibətdən xəbər verir. Dildə bir cür deyib əməldə tam əksinə hərəkət edənlər heç zaman xalqın rəğbətini qazananlardan olmayıb. Aşura mərasiminə qoyulan qadağalar zalıma qarşı üsyan edən, azadlığını hər şeydən, canından belə üstün tutan İmam Hüseynə məhəbbətin kimlərəsə qarşı qəzəb və nifrət doğuracağından, özlərini bu qəzəb və nifrətin hədəfi kimi görmələrindən irəli gəlir.

Kərbəla vaqeəsi yaxşı ilə pisi, xeyirlə şəri ayırmaq kriteriyası, məktəbidir. Kərbəla müsibəti həm də mənəviyyat inqilabı, mədəniyyət xəzinəsi, mərdlik, mətanət, əbədi azadlıq heykəlidir. Bu heykəlin qarşısına müxtəlif rənglərə boyanmış pərdə çəkmək onun mahiyyətinə xələl gətirə bilməz. Xalqımızın iradəsi 100 minlərlə insanın, Azərbaycan vətandaşının Aşura mərasimini evindən kənarda, ziyarət və ibadət ocaqlarında keçirməsi kimi ifadə olunur. Buna hər vəchlə mane olmağa çalışanlar əməlləri ilə siyasətlərində xalqın iradəsinə söykənmək fikirlərini böyük şübhə altında qoyurlar.

Amma reallıq göstərir ki, cəmiyyətin iradəsini əzmək hakim zümrəyə həmişə nəsib olmur. Yola saldığımız Aşura mərasimi bunu bir daha sübut etdi. Ümidvarıq ki, bütün bunlardan nəticə çıxaranlar səhvlərini dərk edərək azadlıq üçün qurtuluş yolunun nədən ibarət olduğunu etiraf edəcək, lüzumsuz qadağalara son qoyacaqlar”.

  • Yazılıb
  • da (də) 2011 Dec 08