Tarix : 2011 Dec 08
Kod 27139

Allahın lənəti olsun Yezidə və Yezid sifətlərə

Ey Azərbaycanda Hüseyn(ə) əzasın dağıtmağa çalışanlar! Hakimiyyətinizin Səddamın hakimiyyətinə bənzəyəcəyi günü yadınıza salın!
well/Aran agentliyi

 

Bismillahir rəhmanir rəhim

Oyan ey yari vəfadarim oyan! Qəflətdə yatma ələmdarim oyan!

Salam olsun Hüseynə (ə), Onun əshabına və Onun övladına!

Allahın lənəti olsun Yezidə və Yezid sifətlərə.

Əziz müsəlman, inanclı bacı və qardaşlarım! Sizlərə məzlumların ağası mövlamız Hüseynin(ə) bu ağrılı-acılı müsibətində Uca Allahdan(c.c) səbr diləyirəm.

Ölkəmizdə son zamanlar baş vermiş cərəyanları izləyərkən İmam Hüseyn(ə) helə indi də bizim məscidlərimizin içində belə məzlum gördüm.

Əziz möminlər İmam Hadi(ə) Camieye-Kəbirə ziyarətində vurğulayır ki, “Biz Əhli-Beytin vəzifələrindən biridə insanları Tanrıya tərəf “ruşd” etdirməkdir. “Ruşd”-yəni, hər tərəfli inkişaf, yəni elə bir yol ki, mömin o yolun vasitəsi ilə, bütün ruhuyla Allah-Təalaya tərəf yönəlir. Bəzən təzə dünyaya gəlmiş uşaqlar düzgün qidalanmadıqda düzgün də inkişaf etmirlər. Məsələn: Hansısa üzvü çox, hansısa üzvü az inkişaf edir, belə körpəyə rəşid deməzlər. “Rəşid”-yəni hər tərəfli inkişaf edən.Yəni bütün Firuiddini yerinə yetirən, yəni namazı, orucu, xumsu və s. Bütün kamil sifətlərə şamil olaraq qorxaqlıq kimi çirkin sifətlərdən uzaq olmaq. Belə bir adama Əhli-Beyt(ə) “Rəşid” demişlər.

Həzrəti Məsum(ə) buyurur: Biz bütün xeyirin kök və əsli, düşmənlərimizsə bütün şərrin kök və əslidirlər. Hər kəs düşmənlərimizin dediyini və elədiyini edərək bizim dostumuz olduğunu iddia edərsə yalan demişdir.

Əzizlərim sizlərdən bir neçə ricam var.

Məhərrəmlik günlərində başda Hacı Mövsüm olmaqla bütün Hicab Məhbuslarına dua və onların düşmənlərindən bəraət edin.

Heç kimi dinləmədən və heç nədən çəkinmədən hər il keçirdiyiniz kimi bu ildə Məhərrəmlik mərasimlərində İmam Hüseyn(ə) əzasın əzəmətlə bərpa edin.

Biz bilməliyik ki, əgər bir Şiənin əlindən İmam Hüseyni(ə) ala bilərlərsə deməli onun hər nəyin əlindən ala bilərlər.

O şəxslər ki, Hüseyn(ə) təziyəsiylə mübarizə aparırlar onlara yaxın keçmişdən bir örnək göstərmək istəyirəm.

İraqın zalım hökmdarı Səddamın Hüseyn adlı bir kürəkəni var idi. Bir dəfə Aşura günü Kərbəlaya gələn Səddamın yeznəsi İmam Hüseynin hərəmində əza saxlayanlara dedi: Kim mən Hüseynlədi keçsin mən tərəfə, kim O Hüseynlədi qalsın yerində. Camaatın hamısı qorxudan buna tərəf keçdilər. Yalnız barmaq sayı qədər adam İmam Hüseyn(ə) tərəfdə qaldı və onların hamısını güllələdilər.

Ey Azərbaycanda Hüseyn(ə) əzasın dağıtmağa çalışanlar! Hakimiyyətinizin Səddamın hakimiyyətinə bənzəyəcəyi günü yadınıza salın!

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatuh.

Höccətül-İslam vəl müslimin Hacı Fariz Xammədli.

xeber44

  • Yazılıb
  • da (də) 2011 Dec 08