Tarix : 2011 Dec 09
Kod 27146

İran tərəfindən ələ keçirilmiş Amerikanın casusluq təyyarəsi haqdakı kadrlar

İranın Silahlı Qüvvələri tərəfindən ələ keçirilmiş ''RQ-170'' tipli casusluq təyyarəsi haqdakı kadrları bizim saytımızda görə bilərsiniz
well/Aran agentliyi

 

 

İranın Silahlı Qüvvələri tərəfindən ələ keçirilmiş "RQ-170" tipli casusluq təyyarəsi haqdakı kadrları bizim saytımızda görə bilərsiniz.

İslam İnqilabı Keşikçilər Korpusu-Sepahın Hava-Kosmos Qüvvələrinin komandiri General-Mayor Pasdar Əli Hacızadə İranın Silahlı Qüvvələri tərəfindən ABŞ-ın casusluq təyyarəsinin nəzarətə alınması prosesini şərh edərək, deyib:" Son zamanlar əldə edilmiş informasiyalar habelə dəqiq elektronika nəzarətləri ilə qeyd edilən təyyarənin İran ərazisinə daxil olacağı müəyyənləşdi. Bu təyyarənin İranın şərq ərazilərinə daxil olması ilə bu casusluq təyyarəsi İran İslam Respublikasının Silahlı Qüvvələrinin elektronika pusqusuna düşdü və minimum xəsarətlə yerə endirilərək, ələ keçirildi".

General-Mayor Hacızadə sonra deyib:" Bu təyyarənin qanadlarının uzunluğu təqribən 26 metrdir və informasiyaların əldə edilməsi haqda çox modern elektronika, kommunikasiya, təsvir və lokator sistemlərinə malikdir. Bu təyyarə texnologiya baxımından Amerikanın istifadə etdiyi ən modern təyyarədir".İranın ələ keçirdiyi ABŞ-ın "RQ-170" tipli təyyarə haqdakı kadrları izlə!

  • Yazılıb
  • da (də) 2011 Dec 09