Tarix : 2011 Dec 09
Kod 27150

TALE BAĞIROV GÜNAHSIZDIR

Bu gün Nərimanov Rayon Məhkəməsində ''Hicaba azadlıq'' aksiyası zamanı həbs olunan ilahiyyatçı Taleh Bağırov və dindar Elşən Abbasovun məhkəmə prosesi keçirilib
well/Aran agentliyi

 

 

Bu gün Nərimanov Rayon Məhkəməsində "Hicaba azadlıq" aksiyası zamanı həbs olunan ilahiyyatçı Taleh Bağırov və dindar Elşən Abbasovun məhkəmə prosesi keçirilib.

“Dövlət ittihamçısı gələn məhkəmə prosesində yəni dekabr ayının 16-da çıxış edəcək. Məhkəmə prosesində istintaqda istifadə olunan video görüntülərə baxıldı və məhkəmə prosesi artıq yekunlaşdı. Növbəti məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək cəza istəyəcək.” Məhkəmə prosesində həbs edilən şəxslərin tam olaraq təqsirsizliklərinin sübut edildiyini bildirən Anar Qasımlı, məhkəmədən ədalətli qərar verilməsini gözlədiklərini qeyd etdi. “Bilirik ki, məhkəmə tərəfindən hər hansı bir ittiham aktı oxunacaq. Ancaq ən azından ümid edirik ki, xuliqanlıq maddəsi bu şəxslərin üzərindən götürülərək cəzanın miqdarını az təyin edəcəklər.” 

Faktxeber

  • Yazılıb
  • da (də) 2011 Dec 09