well/Aran agentliyi
Heç bir sübutsuz insanlar dövlət çevrilişində ittiham olunaraq həbs olunurlar
“Azərbaycan hökumətinin ən sevdiyi maddə dövlət çevrilişidir. Heç bir sübutsuz insanlar dövlət çevrilişində ittiham olunaraq həbs olunurlar. Azərbaycanda hər 3 ildən bir dövlət çevrilişi olur”
Bu gün Media Mərkəzində Sülh və Demokratiya İnstitutunun təşkilatçılığı ilə “10 dekabr Beynəlxalq İnsan Hüquqları günü – Azərbaycanda vəziyyət” mövzusunda mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Azərbaycanda siyasi məhbusların sayının artmasından narahatlığını ifadə edib: “Sabah beynəlxalq insan hüquqları günüdür. Azərbaycanda isə bütün hüquqlar pozulur, söz azadlığı yoxdur, insanlara işgəncələr verilib öldürülür. 2003-cü ildən başlayaraq siyasi məhbusların sayı kəskin artıb. 2005-ci ildə Səid Dadaşbəyli qrupunun məhkəməsi oldu, 10 nəfər qanunsuz həbsdə saxlanıldı. 2011-ci ildə isə artıq 26 nəfər siyasi məhbus oldu. Azərbaycan hökumətinin ən sevdiyi maddə dövlət çevrilişidir. Heç bir sübutsuz insanlar dövlət çevrilişində ittiham olunaraq həbs olunurlar. Azərbaycanda hər 3 ildən bir dövlət çevrilişi olur: 1) Fərhad Əliyev (2005), 2) Səid Dadaşbəyli (2007), 3) İslam Partiyasının üzvləri (2011). Bu ilin əvvəlində İslam Partiyasının üzvlərinə, aprel-may aylarında isə İctimai Palatanın üzvlərinə qarşı repressiyalar oldu. Azərbaycan Avropa Şurasının üzvüdür, Avropa Şurasının üzvü olan dövlətdə siyasi məhbus olmamalıdır”.
Leyla Yunus həmçinin evlərin qanunsuz sökülməsi məsələsinə də toxunub: “Evlərin sökülməsində əsas problem pul məsələsi deyil. Qanun pozulur, insanlar ona görə evlərini satmaq istəmirlər. Ciddi korrupsiya halları olur, ona görə vətəndaşlar evlərinin 1 kv.m-ni 1500 manata satmaq istəmirlər. Hacıbala Abutalıbov və Kərəm Həsənov bu korrupsiya sistemini yaradıblar.”
faktxeber