Tarix : 2011 Dec 09
Kod 27154

İçərişəhər ''Cümə'' məscidinin dini icması İmam Hüseynin (ə) üç mərasimi ilə bağlı ziyarət təşkil...

Məhərrəm ayı çərçivəsində vətənimizin hər bir güşəsində İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin anım mərasimləri keçirilir
well/Aran agentliyi

 

Məhərrəm ayı çərçivəsində vətənimizin hər bir güşəsində İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin anım mərasimləri keçirilir.

SalamNews deyerler.org saytına istinadən xəbər verir ki, İçərişəhər “Cümə” məscidinin dini icması da bu münasibətlə silsilə tədbirlər həyata keçirib. Dekabrın 8-də icma İmam Hüseynin (ə) şahadətinin üçüncü günü münasibəti ilə "Mirmövsüm Ağa" ziyarətgahını ziyarət edib. Ziyarət zamanı əzadarlıq mərasimi keçirilib, mərsiyələr, növhələr oxunub. Sonda isə Hacı İlqar İbrahimoğlu Məhərrəm-Səfər əyyamını yaşadan xalqımızın xoş gələcəyi, Qarabağımızın azad olması, vətən şəhidlərimizin Kərbəla şəhidləri ilə məhşur olmaları üçün dualar edib. Tədbir "Fərəc" duasının oxunması ilə yekunlaşıb.

  • Yazılıb
  • da (də) 2011 Dec 09