Məhərrəm ayı çərçivəsində vətənimizin hər bir güşəsində İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin anım mərasimləri keçirilir
well/Aran agentliyi
Məhərrəm ayı çərçivəsində vətənimizin hər bir güşəsində İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin anım mərasimləri keçirilir.
SalamNews deyerler.org saytına istinadən xəbər verir ki, İçərişəhər “Cümə” məscidinin dini icması da bu münasibətlə silsilə tədbirlər həyata keçirib. Dekabrın 8-də icma İmam Hüseynin (ə) şahadətinin üçüncü günü münasibəti ilə "Mirmövsüm Ağa" ziyarətgahını ziyarət edib. Ziyarət zamanı əzadarlıq mərasimi keçirilib, mərsiyələr, növhələr oxunub. Sonda isə Hacı İlqar İbrahimoğlu Məhərrəm-Səfər əyyamını yaşadan xalqımızın xoş gələcəyi, Qarabağımızın azad olması, vətən şəhidlərimizin Kərbəla şəhidləri ilə məhşur olmaları üçün dualar edib. Tədbir "Fərəc" duasının oxunması ilə yekunlaşıb.