ORTA MƏKTƏBLƏRDƏN DAXİL OLAN MƏLUMATLARDA BİLDİRİLİRİR Kİ, MÜƏLLİMLƏRİN MAAŞLARINDAN 10 MANAT TUTULUB
well/Aran agentliyi
»Avrovizion 2012» musiqi yarışması ilə əlaqədar olaraq bir sıra nazirlik və müəssisələrdə pul toplanması haqqında məlumatlar mətbuatda zaman-zaman yer almaqdadır.
Bir az öncə PİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, paytaxtın orta məktəblərində «Avrovizion 2012» musiqi yarışması ilə əlaqədar olaraq hər müəllimin maaşından on manat tutulur.
Bildirlir ki, bu gün 16 və 20 saylı məktəblərin mühasibatı qarşısında müəllimlərin etirazları olub. Onlar maaşlarından pul tutulamsına etiraz ediblər. Lakin bütün etirazlara baxmayaraq müəllimlərin maaşlarından «Avrovizion 2012» musiqi yarışması ilə əlaqədar olaraq 10 manat tutulub.
pia.az