Bakı dövləti Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun son İran səfərində münasib məqsədlərə ...
well/Aran agentliyi
Bakı dövləti Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun son İran səfərində münasib məqsədlərə çatmadığı üçün İran İslam Respublikasının radio-televiziya şirkətinin nümayəndəsinin Bakıya daxil olmasına maneçilik yaradıb.
Tehranın Azəri radiosunun məlumatına əsasən, Azərbaycan Respublikası hava lilmanında İran İslam Respublikasının radio-televiziya şirkətinin Bakıdakı ofisinin müdiri Əhməd Kazıminin Bakıya daxil olmasına maneçiilik törənib. Nəticədə Əhməd Kazimi Tehrana qayıdıb.
Heydər Əliyev adına hava limanının məsul şəxslərinin İran media işçisinin Bakıya daxil olmasına yaratdığı maneələr İran Air hava yolları şirkətinə aid təyyarənin dönüşündə təxir yaratdığı üçün digər sərnişinlərin də narahatçılığına səbəb olub.
Rəsmi Bakı bu xüsusda tutduğu qərarın səbəbini açıqlamayıb. Azərbaycan Respublikası dövlətinin İRİB nümayəndəsinin Bakıya girişinə yaratdığı maneələr elə bir halda baş verib ki, respublika prezidentinin xüsusi nümayəndəsi Tehranda iki ölkə arasında media münasibətlərinin genişlənməsi haqda razılığa gəlmişdi.
Qeyd edək ki, İran İslam Respublikasının radio-televiziya şirkətinin Bakı nümayəndəsi də razılaşmaya əsasən yaranmış müştərək komitədə İran tərəfinin nümayəndəsi kimi tanınmışdı.