Şərqi Azərbaycan əhalisinin Xubriqan Məclisində nümayəndəsi dedi: ''İslam, Azərbaycan Respublikasında şiə müsəlmanları arasında qərib düşübdür
well/Aran agentiliyi
Şərqi Azərbaycan əhalisinin Xubriqan Məclisində nümayəndəsi dedi: "İslam, Azərbaycan Respublikasında şiə müsəlmanları arasında qərib düşübdür"
"Arannews"in məlumatına əsasən, Ayətullah Haşim Haşimzadə şənbə günü İmam Hüseyn (ə) məscidinə toplaşan Təbriz camaatı arasındakı söhbətlərinin davamında dedi: "Bu ölkədə bir gün hicab qadağan olur, bir gün İslamın təbliğinə qadağa qoyulur, ya məhdudiyyətlər yaradılır, bir gün islamçılar Bakı zindanlarında işgəncə olunur, ya öldürülür".
Ayətullah Haşimzadə bildirdi: "Bakı hökuməti və onun Milli Məclisi deyirlər ki, İslam təbliğçilərinin ilahi hökmləri təbliğ etmək haqqı yoxdur, ölkə vətəndaşları də İslam Elm Dairələrində İslamı öyrənə bilməzlər. Halbuki, Quran İslam dininin təbliğinə əmr edir. Bu Quranla zidd deyilmi?"
O, artırdı: "İslami oyanışın dünyanı tərpətdiyi, islamçıların Tunis və Misirdə ayağa qalxdığı, ABŞ və Avropa kimi qeyri-İslami ölkələrdə müsəlmanlar azadcasına İslam səsini ucaltdığı, günün bütün imkanlarından istifadə edərək İslamı təbliğ etdiyi bir dövrdə Bakı hökuməti və onun məclisi –necə deyərlər milli– xalqın əksəriyyətinin istəyinin əksinə olan anti-İslam hərəkətləri, kommunist rejiminin anti-dini cahiliyyət dövrünə qayıdıb və o dövrdən dərs alaraq hicabı qadağan edir".
Onun dediklərinə görə dünya insan haqları bəyannamələrində azad olan haqlar, Azərbaycan hökuməti tərəfindən aşkar surətdə pozulur, qadağan olur. Bu da həmin dindən dönmədir.
Ayətullah Haşim Haşimzadə dedi: "Mən belə düşünürəm ki, bu, anti-İslam Bakı dövlətinin süqut səsidir. Çünki tarixi təcrübə göstərir ki, 80 il bundan qabaq quldur Rzaxan öz var gücü ilə İslamla mübarizəyə qalxdı; islami hicabı, imam Hüseyn (ə) məclisini, dinin təbliğini qadağan etdi. Amma bu gün onun hökuməti tarixin zibil qutusundadır, tarixdə onun və ailəsinin rüsvaylıq və bədnamlığından başqa bir şey qalmayıb".
O, İran İslam dövlət və xalqının Azərbaycan dövləti və xalqı üçün xeyirxah və dost qonşu olmasını, həmişə onların xeyrini istədiklərini vurğulayaraq, artırdı: "Biz müsəlman İran xalqı Bakı başçılarına xeyirxahlıq və nəsihət üzündən söz deyirik və ümidvarıq ki, eşidilə və məqbul sayıla, onları İslam və İslam ümmtinin ağuşuna qaytara".