Siyasi dairələr və media vasitələri Bakının Tehran ilə media anlaşmasını aşkar formada pozmasını Bakının öz öhdəliklərinə sadiq olmamasının ...
well/Aran agentiliyi
Siyasi dairələr və media vasitələri Bakının Tehran ilə media anlaşmasını aşkar formada pozmasını Bakının öz öhdəliklərinə sadiq olmamasının və Azərbaycan Respublikası hökumətinin bu ölkədə keçirilən İmam Hüseyn(ə) Aşurası mərasimlərinin televiziyalarda əks etdirilməsindən nigaranlığının nişanəsi adlandırıblar.
PressTV xəbər kanalı Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanı rəsmilərinin İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdiri Əhməd Kazeminin ölkəyə girişinə mane olmaları ilə bağlı xəbərində bildirib ki, Azərbaycan Respublikası hökuməti bu qeyri-qanuni hərəkətlə bağlı heç bir açıqlama verməyib.
PressTV daha sonra bildirib ki, Azərbaycan Respublikası rəsmilərinin İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdirinə Bakıya daxil olmaq icazəsi verməmələri Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimai şöbə müdiri Əli Həsənovun Tehrana olan son səfəri zamanı əldə olunan media əməkdaşlığı anlaşmasının kobud şəkildə pozulması deməkdir.
Bu anlaşmaya əsasən iki ölkə arasında müştərək media komitəsinin yaradılması haqda razılıq əldə olunmuşdu və Əhməd Kazemi İranın bu komitədəki nümayəndəsi təyin edilmişdi.
AranNews Xəbər Agentliyi də Qafqaz məsələləri üzrə ekspert Həsən Güli-yə istinadla yazıb ki, Əli Həsənov və İran rəsmilərinin media sahəsində ikitərəfli əməkdaşlıqların genişləndirilməsinə təkid etmələrinə baxmayaraq, İranın Radio və Televiziya Təşkilatının Bakı ofisi müdirinin Azərbaycan Respublikasından deportasiya edilməsi, bu ölkədən digər ölkələrə səfər edən rəsmi nümayəndələr tərəfindən səsləndirilən fikirlərin bir sıra digər Bakı rəsmiləri üçün heç bir dəyərə malik olmadığını göstərir.
Həsən Güli İranın Radio və Televiziya Təşkilatının Bakı ofisi müdirinin Azərbaycan Respublikasından çıxarılmasını Azərbaycan Respublikasında keçirilən İmam Hüseyn(ə) Aşurası mərasimlərinin bu ofis tərəfindən əks etdirilməsi ilə əlaqəli hesab edib və deyib: Bu hərəkət rəsmi Bakının beynəlxalq konvensiyalar və qanunlara da laqeyd yanaşmasının nişanəsidir və buradan da aydın olur ki, Bakının demokratiya ilə bağlı iddiaları onların istəkləri çərçivəsində tərif olunur.
H.Güli əlavə edib: Rəsmi Bakının bu hərəkəti Azərbaycan Respublikası hökumətinin İran ilə əlaqələrin genişləndirilməsində maraqlı olması ilə bağlı iddialarının səmimi olmadığını göstərir və Bakının bu məsələyə yenidən baxmayacağı təqdirdə iki ölkə əlaqələri böhrana sürüklənə bilər.
Bir sıra İran saytları, o cümlədən Əfkarnyus, Həməndişi, Fars Xəbər Agentliyi, BibakNyus, RəcaNyus, 598 və digər xəbər saytları da bu hadisə ilə bağlı xəbərləri işıqlandırıblar.
Bu xəbər saytlarının ekspertləri Bakının İranın media nümayəndəsi qarşısındakı rəftarına reaksiya olaraq, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin İranın Xarici İşlər Nazirliyinə çağırtdırılmasını və bu ölkənin İrandakı media nümayəndəsinin ölkədən çıxarılmasını istəyiblər.