Artıq 2012-ci miladi ilinin astanasındayıq. Sovetdən miras qalmış Şaxta babanı, Qar qızı gözləyən uşaqların dili ilə desək, təzə ilə lap az qalıb
well/Aran agentiliyi
Artıq 2012-ci miladi ilinin astanasındayıq. Sovetdən miras qalmış Şaxta babanı, Qar qızı gözləyən uşaqların dili ilə desək, təzə ilə lap az qalıb
Bəs, bu ötüb keçməkdə olan köhnə ilimiz nə ilə yadda qalacaq? Nələri verdi bizəilimiz? Nələrdən məhrum olduq? İl demişkən, müsəlman tarixi ilə artıq yeni iləqədəm qoymuşuq. Müqəddəs Məhərrəm ayını yaşamaqdayıq. Aşuranı da qeyd etdi xalqımız. Özünəməxsus ləyaqətlə. Nənə-babalarımızın ildən-ilə ötürərək bizətəhvil verdiyi Aşura əzadarlıqları kövrəltdi, ağlatdı bu sinəsi dağlı xalqı. Kərbəla şəhidlərinə ağlaya-ağlaya Vətən şəhidlərinə də göz yaşı tökdü xalqımız. Kərbəla, İmam Hüseyn (ə) deyəndə xanım Zeynəb (ə) də yada düşür. Əslində, heç unudulmur da onlar. Sevənləri üçün.
Sevgili Peyğəmbərin (s) əziz qızı gözəl Zəhranın (ə) övladı Zeynəb! Sinəsi dağlı, amma zülmkar önündə əzilməyən, susmayan, mərdliyini, ləyaqətini qoruyan Zeynəb! Aşura qiyamını ümmətə bəyan edən, zülmkarın iç üzünü açan, onu rüsvay edən Zeynəb! Bilirsənmi, nələr oldu, nələr keçdi başımızdan? Xəbərin varmı ki, anan Zəhranın (ə) yadigarı – hicab ağlayır bu gün? Bilirsənmi nədən? Onu kiçiltdilər, “keçmişin qalığı” dedilər. Bəzən “sovet nənələrinin” kəlağayısıyla, “kosınkası”yla da qarışıq düşdü hicab. Müdafiəsinə qalxanlar “xoruz quyruğu göstərənlər” deyibən istehza edildi. “Dəyirman öz işindədir, çax- çax baş ağrıdır” deyənlər gündəmə gəlməkləri ilə sədaqətli olmaqlarıyla fəxr satdılar. İş o yerəçatdı ki, Qurani-Kərimin hicab ayəsi də inkar edildi. İşbazların sifarişi ilə. Bəzi “dinşünas”lar gözaydınlığı verdilər: Qurani-Kərimin Azərbaycan dilində yeni tərcüməsində hicabla bağlı ayə də dəyişiləcək. Gülünc bir bəyanat. Demə, heç hicabla bağlı ayə yoxmuş. Qadınların- qızların hicablanması İslam funksionerlərinin arzusuymuş. Demə, illərdən, əsrlərdən bəri müsəlman qadınlarının baş örtüyü bağlaması bekara bir şey imiş. Beləcə, hicab gündəmə gəldi qəzetlərdə, xəbər bloklarında, internet saytlarında. İki cəbhə yarandı. Ortalığı qarışdırıb katalizatorrolunu oynayanlar da tapıldı. Hicab məhbusları da tanındı hətta.
Əziz Zeynəb ana! Bilirsənmi, qız balalar necə qorudu hicabını? Gözəl arzularını, gələcəyini qurban verdi hicaba. Mədinə adlı qız tanıyıram. XI sinifdə oxuyurdu. Bir neçə ay qalmışdı orta məktəbi bitirməyinə. Ah, aman! Necə təhqir etdilər onu. Bilirsənmi, necə ağlatdılar onu? “ Ya hicabı aç, ya da məktəbə gəlmə” dedilər. Qovdular onu insafsızcasına. Attestatdan məhrum etdilər. 11 illik məktəb həyatının son zənginə də heç buraxmadılar. Nə varmış bu hicabda, ana Zeynəb! Daş dövrün daş rejiminə tuş gəldi hicab. Hicab bağlayanlar lağa qoyuldu. Onlara “bəzək- düzək dalınca qaçanlar”, “savadsız”, “uca kürsülərdə söz deməyi bacarmayanlar” deyildi. Ana Zeynəb! Bunlar düzmü? Sən ki, əziz Zəhra nənəmizdən hicabla bərabər bəyanı da yadigar verdin axı… Niyə biz onu saxlaya bilmədik? Beləcə, yola salırıq bu ilimizi. Hicab qadağasından 1 il ötür artıq. Elə bil alışdıq da bu qadağaya. Barəsində yazanlar da yorulub susdular. Ana Zeynəb! Bü gün hicab göz yaşı tökür öz taleyinə. Tökülən göz yaşı ilə sanki bir dərya yaratmaq istəyir. Batırmaq üçün onu tapdalayanları. Lap Nuhun gəmisi kimi…
Ağla, hicabım, ağla.
Ağla, mahi-Məhərrəmdir, ağla.
“Vay olsun yalançı günahkarların halına. Allahın ayələri ona oxunduqda eşidir. Sonra dikbaşlıqla israr edir.Sanki heç eşitməyibdir. Elə də onu dərdli bir əzabla muştuluqla”
“Casiyə” surəsi,7-8.
Kəmalə Mahmudova.(ilahiyyatçı).birlik