Tarix : 2011 Dec 11
Kod 27190

Büdcə mənimsəməyi üçün yeni ünvan!

Deputat Zahid Oruc Dağlıq Qarabağa Azərbaycan Respublikasının dövlət büdcəsində və maliyyə sənədlərində vəsait ayrılmasını təklif edib!
well/Aran agentliyi

Deputat Zahid Oruc Dağlıq Qarabağa Azərbaycan Respublikasının dövlət büdcəsində və maliyyə sənədlərində vəsait ayrılmasını təklif edib!

Zahid Oruc deyib : “Konkret deyilsə, biz Xankəndinin bərpası, onun infrastrukturunun yenidən qurulması, işğalın vurduğu ağır nəticələrin ortadan götürülməsi xərcləri kimi də ifadə edə bilərik. Yəni yarımbəndlərdə təyinat dəqiq göstərilə bilər. Ancaq başlıca olaraq ölkə xərclərində Dağlıq Qarabağı göstərməliyik”.
Zahid Oruc bunun Azərbaycanın Konstitusiyasının tələbi olduğunu qeyd edib.

Deputat əlavə edib : “Biz dəfələrlə vurğulayırıq ki, Qarabağda normal iqtisadiyyat qurula bilməyib, əsasən terrordan, narkotikadan maliyyələşmə var. Ermənilər xüsusilə də beynəlxalq dairələrindən gələn yardımlar hesabına yaşayırlar. O cümlədən bir sıra hallarda ABŞ-ın hər ilin maliyyələşməsində 8 milyon dollara yaxın vəsait müxtəlif hümanitar məqsədlərlə bura yönəldilir. Bunun bizim tərəfimizdən süngü ilə qarşılanması da normaldır, çünki bu Qarabağa ayrı bir subyekt kimi yanaşmaq və Azərbaycanın başı üzərindən suveren hüquqlarımıza xələl gətirərək addımlar atmaqdır. Qarabağın sanki müstəqilləşməsinə bir maliyyə dəstəyidir. Buna görə də Qarabağın maliyyələşməsi büdcə smetalarında nəzərdə tutulmalıdır.”

Zahid Oruc deməyib ki, DQ-a ayrılan büdcə buranın işqal altında olduğu halda  hara yönələcək.

Azərbaycan Respublikasında araşdırmalar  göstərir ki, son bir  ildə Azərbaycan Respublikasının büdcəsinin mənimsənilməsi Avropa mahnı müsabiqəsinin keçirilməsi və Milli Orduya  ayrılan  vəsaitlər  hesabına bir  qədər də  vüsət alıb.

  • Yazılıb
  • da (də) 2011 Dec 11