Tarix : 2011 Dec 11
Kod 27195

Hacı Fəramizin həbs olunması üçün canfəşanlıq edən Laçın Sadıqzadə niyə qurban verildi?

Laçın Sadıqzadə haqqında mətbuat niyə susur?
well/Aran agentliyi

 

 

Laçın Sadıqzadə haqqında mətbuat niyə susur?

Dekabr ayının 9-u Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin keçirdiyi əməliyyat nəticəsində rüşvət alarkən yaxalanan Masallı şəhər İcra nümayəndəsi Laçın Sadıqov (Sadıqzadə) barəsində mətbuatın susması maraq doğurur.

İslamçılara qarşı ölkədə başlayan həbsləri dindarlar günahkarmış kimi işıqlandıran bəzi mətbuat orqanları nədənsə “Yuxarı”larda oturanların etdiklərini görməməzlikdən gəlir və ya hərəsinə bir don geyindirərək Azərbaycan xalqına yalan informasiya verirlər.

Masallı şəhərində yerləşən Çingiz Həşimova məxsus bazarın sahibkarın əlindən alınması, “Köhnə bazar” adlanan ərazidə gündəlik çörək pulu qazananlara məxsus yerlərin sökülməsi və təzədən satılması, Rayon ərazisində yüzlərlə dükanların sökülməməsi üçün pul yığımı və minlərlə rayon əhalisinin bildikləri neqativ işlər Laçın Sadıqzadənin tək başına görə biləcəyi işə bənzəmədiyini göstərir.

Sökülən və ya qəsb edilən yerlərin sənədlərini əllərində gəzdirən, kömək üçün döydükləri qapı qalmayan və heç yerdən kömək görməyən onlarla Masallı sakini var. Buradan aydın olur ki, Laçın Sadıqzadənin Masallı əhalisinə qarşı “soyqırımının” arxasında “BÖYÜK” adamların olması heç bir şübhə doğurmur.

Azərbaycanda tanınmış ruhanilərdən olan və ölkədə başlayan islamafobiyaya, xüsusən də Hicab Qadağasına etirazını bildirən Masallı rayon Xıl kənd sakini Hacı Fəramiz Abbasovun tutulması üçün canfəşanlıq edənlərdən biridə həmin bu Laçın Sadıqzadə olub.

Laçın Sadıqzadə kimi “Yuxarılara” sadiq birisinin qurban verilməsi də şübhəli görünən məsələlərdəndir. Bunun arxasında isə hansı siyasətin dayanmasının yəqin ki, yaxınlarda şahidi olacayıq.

Xatırladaq ki, Laçın Sadıqzadə Masallı rayon icra başçısı Qəzənfər Ağayevin sağ əli, Masallıda tanınmış iş adamı Abı Nadirovun yeznəsi ( Abı Nadirov Daşkəsən rayon icra başçısı Əhəd Abıyevin qardaşı ilə qudadır), Prezidentin şəxsi mühafizəsində işləyən Rəşad adlı şəxsin bacısı oğludur.

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 11