Tarix : 2011 Dec 11
Kod 27196

ANS Azərbaycan Respublikası xalqının Hüseyn(ə) Aşurasındakı geniş iştirakına dözmədi

Azərbaycan Respublikasında bəzi rəsmi dairələr və media vasitələrinin respublika əhalisinin Məhərrəm ayı günlərində İmam Hüseyn(ə)-a əzadarlıq mərasimlərindəki ...
well/Aran agentliyi

 

 

Azərbaycan Respublikasında bəzi rəsmi dairələr və media vasitələrinin respublika əhalisinin Məhərrəm ayı günlərində İmam Hüseyn(ə)-a əzadarlıq mərasimlərindəki geniş iştirakından narahatlıq ifadə etmələrinin ardınca, ANS kanalı İslam alimləri və təqlid mərcələrinə qarşı aşkar formada hörmətsizlik edib.

ANS kanalı şənbə günü axşam yayımlanan və son zamanlar Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının tam nəzarəti altında xəstəxanada şübhəli şəkildə ölən mürtəd yazıçı Rafiq Tağının qardaşının da iştirak etdiyi bir verilişdə İslam alimlərinə və təqlid mərcələrinə hörmətsizlik edib.

ANS kanalının bu verilişində sionizm düşüncəsinə və İslam düşmənlərinə bağlılığı hamıya aydın olan anti-İslam yazar Rafiq Tağının qardaşı çirkin bir hərəkətdə, İslam alimləri və təqlid mərcələrinə hörmətsizlik edib və onları şeytanın xidmətçiləri adlandırıb.

ANS kanalı bundan öncə də, Rafıq Tağının MTN-nin tam nəzarəti altında olduğu bir şəraitdə xəstəxanada şübhəli şəkildə ölməsindən bir gün öncə bu mürtəd yazıçı ilə müsahibə apararaq, İslam alimlərinə hörmətsizlik etmişdi.

Beynəlxalq Səhər Kanalının ANS kanalının bu hərəkəti ilə bağlı həqiqətlərin üstünü açmasının ardınca, ANS kanalının bu hərəkəti Azərbaycan Respublikası xalqının narazılığına səbəb olmuşdu. Buna görə də, ANS kanalı Rafiq Tağının sözlərini onun şəxsi fikirləri adlandıraraq, bunun ANS kanalı ilə heç bir əlaqəyə malik olmadığını iddia etmişdi. ANS kanalı həmçinin iddia edib ki, Səhər kanalı Rafıq Tağının sözlərini ANS-ın mövqeyi kimi qələmə verib.

Son zamanlar Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimai şöbə müdiri Əli Həsənov Azərbaycan Respublikası prezidenti İlham Əliyevin xüsusi nümayəndəsi kimi İranda səfərdə olaraq, Beynəlxalq Səhər Kanalının bağlanmasını istəmişdi. Bu istəyi əsaslandırmaq üçün isə bildirmişdi ki, Azərbaycan Respublikasında bəzi tərəflər Rafıq Tağının ölümündə ittiham barmağını İrana və təqlid mərcələrinə doğru yönəltmək istəyirlər və Azərbaycan Respublikası hökumətindən də İrana belə bir ittiham irəli sürməsini istəyirlər ki, Bakı bununla razılaşmayıb

  • Yazılıb
  • da (də) 2011 Dec 11