İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdiri Əhməd Kaziminin ölkəyə buraxılmaması üzrə Azərbaycan Respublikası hökumətinin hərəkəti BBC-nin sevincinə səbəb olub
well/Aran agentiliyi
İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdiri Əhməd Kaziminin ölkəyə buraxılmaması üzrə Azərbaycan Respublikası hökumətinin hərəkəti BBC-nin sevincinə səbəb olub.
BBC Farsi Bakının Əhməd Kaziminin Azərbaycan Respublikasına girişinə mane olması xəbərini qərəzli formada yayımlayaraq, Tehran-Bakı münasibətlərində media böhranının yaşanması ehtimalından razılıq edib, bu yanlış hərəkətin mənfi təsirləri ilə bağlı sevincini gizlədə bilməyib. Halbuki, deyilənlərə görə, Azərbaycan Respublikası rəsmiləri qeyri-rəsmi şəkildə baş vermiş hadisənin kökündə viza probleminin odluğunu iddia edərək, problemin aradan qaldırılması üzrə lazımi səylərin həyata keçirildiyini bildiriblər.
BBC iki ölkə arasındakı son media anlaşmalarına işarə etmədən, çalışıb ki, baş vermiş hadisəni Bakı ilə Tehran arasındakı media məsələləri və təbliğatlarla əlaqələndirsin.
Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimai şöbə müdiri və Azərbaycan Respublikası prezidenti İlham Əliyevin xüsusi nümayəndəsi Əli Həsənovun İrana olan son səfəri zamanı iki ölkə arasında birgə media komitəsinin yaradılması haqda razılıq əldə olunmuşdu. Maraqlıdır ki, Əli Həsənovun müxbirlər qarşısında və İranın Radio və Televiziya Təşkilatının rəsmiləri ilə görüşdə iki ölkə arasında media əməkdaşlıqlarının vəziyyətinin yaxşılaşdırılacağını vəd etdiyi bir şəraitdə, onun Bakıya qayıtmasından cəmi 4 gün sonra Azərbaycan Respublikası hökumətinin bu anlaşmanı pozmasının səbəbləri hələ də açıqlanmayıb. Amma, belə güman edilir ki, bu hərəkət qərbyönlü dairələr tərəfindən həyata keçirilib. Məqsəd isə prezident İlham Əliyevin xüsusi nümayəndəsinin sözləri və mövqeyini dəyərsiz qələmə verməkdir. Deyilənlərə görə, elə həmin dairələr Azərbaycan Respublikasında sabitliyi pozmaq məqsədi ilə son aylar ərzində PJAK, PKK və Münafiqlər kimi terrorçu qruplaşmaların Azərbaycan Respublikası ərazisində yerləşdirilməsinə səy göstərirlər.
Son günlər ərzində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı olan Fərda Radiosu da Əli Həsənovun İrana səfəri ilə bağlı xəbərində dolayısı ilə İran və Azərbaycan Respublikası arasında təbliğat atəşkəsi adlandırdığı məsələdən nigaranlıq etmiş və iki ölkə arasında media münasibətlərinin qurulmasından narazılığını gizlədə bilməmişdi.
ABŞ və sionist rejim rəsmiləri davamlı olaraq çalışırlar ki, Azərbaycan Respublikası hökumətini anti-İran hərəkətlərə sövq etdirsinlər.
Azərbaycan Respublikasının anti-İran hərəkətlərinin genişlənməsinin ardınca İranın yerli kütləvi informasiya vasitələri da Bakının Əhməd Kaziminin Azərbaycan Respublikasına daxil olmasına mane olması xəbərini geniş formada işıqlandıraraq, Azərbaycan Respublikasının Tehrandakı səfirinin İranın Xarici İşlər Nazirliyinə çağırılmasın və Azərbaycanın İrandakı media nümayəndələrinin ölkədən çıxarılmasını istəyiblər.
Müxtəlif media vasitələrinin nümayəndələri belə inanırlar ki, Bakının bu hərəkətə görə üzr istəməyəcəyi və öz qərarına düzəliş etməyəcəyi təqdirdə iki tərəf arasındakı media əməkdaşlıqları bütün sahələrdə iflasa uğrayacaq və böhranla üzləşəcək. Mediaların təsirli rolunu nəzərə alaraq, bu prosesin mənfi nəticələri yalnız media sahəsi ilə məhdudlaşmayacaq.