Tarix : 2011 Dec 13
Kod 27206

İranlı politoloq Bakının öz hərəkətinə düzəliş edəcəyinə ümid edir

Azərbaycan Respublikası media məsələləri üzrə analitik cənab Həsən Behiştipur İranın media nümayəndəsinin Azərbaycan Respublikasına buraxılmaması üzrə Bakının hərəkətinə münasibət bildirdi
well/Aran agentliyi

Azərbaycan Respublikası media məsələləri üzrə analitik cənab Həsən Behiştipur İranın media nümayəndəsinin Azərbaycan Respublikasına buraxılmaması üzrə Bakının hərəkətinə münasibət bildirdi.

Cənab Behiştipur Səhər kanalının müxbiri ilə müsahibədə belə dedi: "Belə nəzərə gəlir ki, Azərbaycan Respublikası hökumətinin bu hərəkəti ilk növbədə hökumət daxilində fikir ayrılıqlarının olmasından xəbər verir. Belə ki, bir tərəfdən Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi olan Əli Həsənov Tehrana səfər edərək, İran ilə media sahəsində əməkdaşlıq sənədi imzalayır, digər tərəfdən isə bu əməkdaşlıq sənədinin imzalanmasından 4 gün sonra İranın media nümayəndəsinə, İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının Bakı Ofisi müdirinə Azərbaycan Respublikasına giriş icazəsi verilmir. Yəni bu əməkdaşlıq sənədində koordinator rolunu oynayacaq şəxsi ölkəyə buraxmırlar. Buradan aydın olur ki, Azərbaycan Respublikası hökumətinin daxilində Bakının Tehranla əməkdaşlıqları ilə bağlı fikir ayrılıqları və ixtilaflar mövcuddur."

Səhər kanalı müxbirinə eksklüziv müsahibəsində İranın media nümayəndəsinin Azərbaycan Respublikasına buraxılmaması məsələsini dəyərləndirən cənab Behiştipur əlavə edib: "İkinci məsələ isə bundan ibarətdir ki, bu hərəkət İran İslam Respublikasından daha çox Azərbaycan Respublikasının zərərinədir. Belə ki, Azərbaycan Respublikasının beynəlxalq və regional imicinə xələl gətirmiş olur. Çünki, mediaların fəaliyyəti qarşısında maneçilik yaratmaq o deməkdir ki, hələ bu ölkələr mediaların həqiqi mahiyyətini başa düşməyiblər və hələ də elə təsəvvür edirlər ki, ötən əsrlərdə olduğu kimi, media vasitələrini bağlamaq, onların fəaliyyətlərini məhdudlaşdırmaqla ictimai rəyi, ümumi fikri məhdudlaşdıra bilərlər. Halbuki, bu kimi rəftarlar heç bir nəticə verməyəcək."

Cənab Behiştipur daha sonra belə dedi: "Üçüncü və daha önəmli olan məsələ bundan ibarətdir ki, bundan öncə, keçmişdə nə vaxt İran və Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə bir anlaşma əldə olunubsa, Azərbaycan Respublikasında iki ölkənin yaxınlaşması ilə müxalif olanlar müxtəlif vasitələrdən istifadə edərək, pozuculuq törətməyə və hər iki ölkə xalqının xeyrinə olan bu yaxınlaşmanın qarşısını almağa cəhd göstəriblər. Buna görə də belə nəzərə gəlir ki, bu hərəkət də elə həmin şəxslər tərəfindən yəni, keçmişdə İran və Azərbaycan Respublikası arasındakı münasibətlərə zərbə vurmağa çalışanlar tərəfindən həyata keçirilib."

Azərbaycan Respublikası media məsələləri üzrə baş analitik cənab Behiştipur Səhər kanalının müxbiri ilə müsahibəsinin davamında, Bakının öz hərəkətinə düzəliş edəcəyinə ümidvarlıq edərək, dedi: "Qeyd etdiyim bu 3 məsələ onu deməyə əsas verir ki, Azərbaycan Respublikası hökuməti və bu ölkənin media sektoru şübhəsiz bu məsələ ilə bağlı qərara düzəliş edəcək və cənab Kazimidən üzrxahlıq üçün lazımi zəmin yaradılacaq. Və bu üzrxahlıq yalnız Əhməd Kazimiyə görə yox, bir media əməkdaşı ilə edilən qeyri-münasib hərəkətə görə olmalıdır. Zira bir media əməkdaşı ilə bu kimi rəftar şübhəsiz xoşagələn nəticələrə və rezonansa malik olmayacaq. Buna görə də bu problemin aradan qaldırılacağı, Əhməd Kaziminin Bakıya qayıtmasına və keçmişdə olduğundan daha çox iki ölkə arasında media əməkdaşlığının genişləndirilməsinə xidmət etməsinə şəraitin yaradılacağı hazırkı gözləntilərdir. Zira bu əməkdaşlıqlar həm İran, həm də Azərbaycan Respublikası xalqlarının xeyrinədir."

  • Yazılıb
  • da (də) 2011 Dec 13