Tarix : 2011 Dec 12
Kod 27207

Azərbaycan Respublikasında QİÇS xəstələrinin sayi artıb

Azərbaycan Respublikasının Şimal bölgəsində QIÇS xəstələrinin sayi artıb
well/Aran agentliyi

 

Bu barədə SalamNews-a açıqlamasında Quba Regional QİÇS laboratoriyasının müdiri Rəşad Həsrətov məlumat verib.

Bildirib ki, hazırda bölgədə 90 nəfər QİÇS xəstəsi kimi qeydiyyata alınıb. Onlardan 22 nəfəri qadındır.

Bölgədə virusa yoluxanlar Xaçmaz rayonunda üstünlük təşkil edir 35 nəfər. Bununla yanaşı Qubada 21, Siyəzəndə 16, Şabranda 10, Qusarda isə 8 nəfər QİÇS daşıyıcısıdır.

Xəstəliyə yoluxanlar əsasən orta yaş qrupunda olanlardır. Virusa 3 yolla yoluxmanın mümkün olduğunun deyən Rəşad Həsrətovun sözlərinə görə, ölkədə QİÇS xəstələrinin böyük əksəriyyəti inneksion narkotik istifadəçiləridir.

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 12